Hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu Leyla Yunus dekabrın 2-də Brüsseldə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Moqerini ilə görüşüb. Görüş zamanı Leyla Yunus Azərbaycanda siyasi məhbuslarla bağlı ətraflı məlumat verib. Bildirib ki, onların sayı artıq 160 nəfəri keçib və bu son rəqəm deyil. Ölkədə repressiyalar, həbslər davam edir.

Məlumatı Leyla Yunusla birlikdə siyasi məhbuslar siyhasının hazırlanması üzrə qrupda təmsil olunan Oqtay Gülalıyev özünün feysbuk səhifəsində paylaşıb.

Gülalıyev qeyd edib ki, Leyla Yunusun siyasi məhbusların beynəlxalq ictimaiyyətə tanıdılması və azadlığa çıxması istiqamətində Avropadakı görüşləri davam edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300