Qambiyanın fəaliyyətdə olan prezidenti Yahya Camme seçkiləri uduzub, – seçki komissiyasının sədri Alie Momar Ncie xəbər verib. O, müxalifətdən olan Adam Barrounun qalib gəldiyini elan edib.

Barrou seçicilərin 45.5%, Camme isə 36.7% səsini qazanıb.

Ölkəni 22 il idarə etmiş Yahya Camme seçkilərlə bağlı hələlik heç bir açıqlama verməyib. Gözlənilir ki, cümə günü axşam o, çıxış edərək öz rəqibini təbrik edəcək və xalqa müraciət ünvanlayacaq.

"Bu qədər uzun müddət hökuməti idarə etmiş şəxsin öz məğlubiyyətini etiraf etməsi çox unikal hadisədir”, – Qambiya seçki komissiyasının rəhbəri deyib.

51 yaşlı Yahya Camme 1994-cü ildən prezidentlik postunu tutur. O, 1965-ci ildən ölkəni idarə etmiş Dauda Cavaranı hərbi yolla devirərək hakimiyyətə gəlib.

Hüquq müdafiəçiləri jurnalist və müxalifətçiləri təqib etdiyinə görə prezident Cammeni tənqid edirlər

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300