Aslan İsmayılov
 
Milli Məclisin sədr müavini və İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın bir çıxışına bir neçə sualım.
Birinci, B.Muradova 2017-ci il büdcə layihəsi ilə əlaqədar bildirib ki, "müvafiq qurumlar öz işlərinin öhdəsindən layiqincə gəliblər, mövcud durumu doğru-düzgün dəyərləndiriblər”. 

Xanım Muradova həmin şəxslər, artıq iş işdən keçəndən sonra, büdcənin boş olduğunu bildiriblər. Onda illər öncə biz büdcənin talanından yazanda nə üçün bizi "ölkənin analoqsuz inkişafına paxıllıq etməkdə ittiham edirdiniz?

İkinci, B. Muradova xəbərdarlıq edir ki, "hər kəs ayağını yorğanına görə uzatmalıdır”. Anladım. Onda deyin görək aylıq 200 manat maaş alan müəllimin, həkimin və maaşdan əlavə 300 min manat paket alan nazirlərin yorğanları hansı razmerdə olacaq?

Üçüncü, B. Muradova bildirir ki, "2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın”. Çox gözəl. Bahar xanım, elədirsə onda bu hökümət kimə və nəyə lazımdır? Bu acgöz hökümət üzvlərini saxlamaq üçün onsuz da boş olan büdcədən milyardları xərcləməyə dəyərmi? 

Dördüncü, "insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin” deyən B. Muradova bunun yollarını da göstərsin. 300 "üzən” manata qənaət etməklə 5 nəfərdən ibarət ailəni saxlamaq yollarını göstərən Bahar xanımın namizədliyini iqtisad nominasiyasında Nobel mükafatına şəxsən özüm irəli sürəcəm.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300