1996-cı ildən Tovuzda fəaliyyət göstərən "Arsenal” fermer təsərrüfatının sahibi, Tovuz Sahibkarlar Şurasının sədri İsmayıl Hüseynov rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun təzyiqləri ilə üzləşib. 

 

Bu barədə "istiqlal.az"-a iş adamının özü məlumat verib.

 

İş adamının sözlərinə görə, rəhbərlik etdiyi fermer təsərrüfatı ölkənin ən iri təsərrüfatlarından biridir:

 

"Təsərrüfat 2300 hektar ərazini əhatə edir. Hər il təsərrüfatdan 300 ton taxıl, 60 ton qarğıdalı, 100 ton kartof, 15 min ton preslenmiş ot tayası yığılır. Bundan başqa, təsərrüfatda 5 min qoyunu, 520 iribuynuzlu mal-qarası olan ferma fəaliyyət göstərir. Təsərrüfat modern texnika ilə təchiz edilib və fermer təsərrüfatları arasında ən nümunəvi vergi ödəyicisi olub. Mərhum prezident Heydər Əliyev Tovuza səfərində təsərrüfatla şəxsən tanış olub və onun göstərişi ilə bizə kredit ayrılıb. Bu kredit hesabına təsərrüfatı daha da böyütdük və inkişaf etdirdik”.

 

İ.Hüseynov deyir ki, son vaxtlar icra başçısı T.Zeynalovun təzyiqləri nəticəsində sıxıntılarla təqibləri ilə üzləşib:

 

"T.Zeynalov torpaqlarımıza sahib çıxmaq üçün bizə təzyiqlər edir. Ailə üzvlərimiz təqib edilir, həbslə hədələnir, təsərrüfatımıza da təzyiqlər edilir. Bu təzyiqlər nəticəsində indi təsərrrüfatda cəmi 5-6 nəfər çalışır. Halbuki təzyiqlərə qədər işçilərin sayı dəfələrlə çox idi. Bütün bunlar torpaqları öz əllərinə keçirmək üçün edilir. T.Zeynalov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır. Güman ki, o qardaşına güvənərək torpaqlarımıza əl qoymaq istəyir. Çünki, ailə üzvlərimiz tez-tez polis vasitəsi ilə təhdid edilir”.

Картинки по запросу Tofiq Zeynalov 

İ.Hüseynov deyir ki, artıq boğaza yığılıblar:

 

"Yaxın vaxtlarda təqiblərə son qoyulmasa, mətbuat konfransı keçirib, məsələnin bütün təfsilatını, bu təqiblərin arxasında duran başqa oyunçuların da adlarını açıqlayacağam. Daha bəsdir.  Cənab prezident göstəriş verib ki, kənd təsərrüfatına qayğı ilə yanaşsın, dəstək versinlər, bunlar isə bizə qənim kəsiliblər, torpağımıza sahib çıxmaq istəyirlər”.

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300