"Sədərək Ticarət Mərkəzində maşınların parklanmasından alınan pullar dövlət büdcəsinə getmir”

Bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.


Deputat deyib ki, bu cür vəsaitlərin çox hissəsi dövlət büdcəsinə getmir:


"Misal üçün, Sədərək Ticarət Mərkəzinə daxil olan zaman 30 dəqiqə olsa belə, maşının park edilməsinə görə pul alınır. Axı gün ərzində alınan bu qədər pullar hara gedir? Əminəm ki, Sədərək Ticarət Mərkəzində maşınların parklanmasından alınan pullar dövlət büdcəsinə getmir. Mən Sədərək Ticarət Mərkəzini misal üçün çəkdim. Bu gün Bakı şəhərində çoxlu sayda belə qanunsuz park etmə məntəqələri var. Biz bu məsələyə ciddi yanaşmalıyıq. Həmin formada parklanmadan hər gün əldə edilən pulların, ödənməyən vergilərin dövlət büdcəsindən yayındırılmasının qarşısı alınmalıdır”.

 


Zaur Əziz, olke.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300