Azinforum.az-a müraciət edən Emin Fərhadlı adlı vətəndaş "Mado” restoranlar şəbəkəsinin 28 mall ticarət mərkəzində fəaliyyət göstərən filialında müştərilərin hüquqlarının kobud şəkildə pozulduğunu bildirib.

Vətəndaş deyir ki, dekabrın 4-ü axşam saatlarında deyilən ünvandakı "Mado”da kobud rəftarla rastlaşıb:
"Həmin restorana tez-tez gedənəm.
28 mall-dakı filialda birinci dəfə idi olurdum. Telefonla internetə girmək istədim. Baxdım mümkün olmur. İşçi personalından kodu soruşdum. Dedi ki, kodsuz qoşulmaq olur. Nə qədər çalışdımsa mümkün olmadı. Səbəbini soruşduqda kobud cavab aldım.
Dedilər ki, internetimiz yoxdur, xoşun gəlmirsə, get başqa yerə. Bu cavab məni çox əsəbləşdirdi. Rəhbərliyi çağırdım. Cavan bir oğlan yaxınlaşıb
üzrxahlıq etsə də, bildirdi ki, internetə qoşulmaq problem olduğu üçün, məsələ alınan deyil. Məni düşündürən budur ki, kifayət qədər rentabelli restoran olan "Mado” üçün bir WI-FI problemini həll etmək bu qədərmi çətindir? Bir daha "Mado” ya getməyəcəyimə söz verdim. Ola bilər ki, mənim boykotum "Mado” üçün böyük əhəmiyyət kəsb etməyəcək, amma əminəm ki, bu cür idarəetmə və kadr siyasətilə dediyim şəbəkə bataqlığa doğru gedir”.
Qeyd edək ki, son vaxtlar bu restoranlar şəbəkəsinin
adı müxtəlif qalmaqallarda hallanır. Bir qədər əvvəl, KİV-lərdə "Mado” da telefonunu "zaryadkaya” qoyan müştəriyə hesab deyəndə, telefon üçün işlədilən elektrik enerjisinin pulu da hesab kağızına qeyd olunması barədə məqlələr dəc edilib.


Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300