Avropa Məhkəməsinə gedən daha bir sənəd "Azərpoçt” tərəfindən itirilib. Bu haqda vəkil Əsabəli Mustafayev "Basta” əməkdaşı ilə söhbətində bildirib.

"Bu, Bəhruz Həsənovun işi üzrə kommunikasiya sənədləridir.Noyabrın 15-də mən Azərpoçt vasitəsilə Avropa Məhkəməsinə 2 məktub göndərmişdim. Biri kiçik idi və texniki məsələ ilə bağlı idi. Digəri isə iri həcimli idi. Burada Bəhruz Həsənovun kommunikasiya sənədləri idi. Bir müddət sonra Azərpoçtun saytına baxanda məlum oldu k, kiçik məktub çatıb. Digər məktub barədə isə bazada məlumatın olmadığı göstərilmişdir.Bizim praktikada bu həmin sənədlərin oğurlanması deməkdir” – Əsabəli Mustafayev deyib.

"Mən bu barədə Avropa Məhkəməsinə faks göndərmişəm. Eyni zamanda Rabitə Nazirliyinə və Azərpoçta şikayət ərizələri yazmışam. Azərpoçtun nümayəndəsi mənimlə danişiqda bu məktub barədə olarda hələ məlumatın olmadığını bildirdi. Kommunikasiya sənədləri Məhkəmənin təyin etdiyi günə qədər göndərilməlidir. Əks təqdirdə işin siyahıdan çıxarılması təhlükəsi var. Ona görə biz məcbur olub daim məktubun çatıb-çatmamasını izləməli oluruq. Əlbətdə sənədləri təkrar göndərəcəyik və bu işdə heç bir problem olmayacaq. Çünki artıq Məhkəməni baş vermiş oğurluqla bağlı məlumatlandırmışam. Sadəcə əlavə maliyyə, vaxt və qüvvə itkisidir”, – Əsabəli Mustafayev deyib.

Qeyd edək ki, bundan əvvəl vəkil Nemət Kərimli "Azərpoçt”un Avropa Məhkəməsinə gedən sənədləri oğurlaması problemini qaldırıb. "Azərpoçt” Avropa Məhkəməsinə gedən azı 3 şikayətin "çeşidləmə vaxtı itirildiyini” rəsmi sənədlə etiraf edib. Digər vəkillər – Elçin Sadıqov və Yalçın İmanov da onların Avropa Məhkəməsinə şikayətinin "itirildiyini” açıqlayıblayıblar.

Vəkillər hesab edir ki, müxtəlif poçtlarda eyni məzmunlu məktubların itirilməsi təsadüfə oxşamır və burada hakimiyyətin əli ola bilər.

"Ola bilər ki, hakimiyyət tapşırıq verib ki, şikayət ərizələrinin bir qismi Avropa Məhkəməsinə çatdırılmasın. Əks təqdirdə poçt orqanları bu pozuntuya risk etməzdi”, – Nemət Kərimli deyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300