Azərbaycandan Ümrə (kiçik həcc) ziyarətinə getmək istəyənlər üçün üç müxtəlif məbləğdə qiymət müəyyənləşdirilib.

 

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev məlumat verib. 

 

Onun sözlərinə görə, bu il Ümrə ziyarətinə gedənlər xidmət səviyyəsindən asılı olaraq 1550, 2250, yaxud 2650 dollar məbləğində vəsait ödəməli olacaqlar: "Artıq sənədlərin qəbuluna başlanılıb və ilk qrup düzələn kimi ziyarətlər reallaşacaq. Hər qrupda 25-30 nəfər olur. Ziyarət üçün nəzərdə tutulan qiymətlər oradakı otellərin, xərclərin əsasında müəyyənləşir. Ümrə ziyarəti 10 gün müddətində başa vurulur. İkinci dəfə Ümrə ziyarətinə gedəcək olanlar 530 dollar əlavə vəsait ödəyəcəklər. Sənəd verənlər arasında ikinci dəfə Ümrə ziyarətinə getmək istəyənlər də var".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300