Pakistan Azərbaycan şirkətlərini Pakistan və Çin arasında yaradılan iqtisadi dəhlizdə iştirak etməyə çağırır.

 

Trend-in məlumatına görə, bu təkliflə Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşü zamanı Pakistanın federal ticarət naziri Xürrəm Dastgir Xan çıxış edib.

 

Nazir deyib ki, Pakistan və Çin arasında 46 milyard dollar dəyərində iqtisadi dəhliz yaradılır:

 

"Biz Azərbaycan şirkətlərini bu layihədə iştirak etməyə və layihənin imkanlarından yararlanmağa çağırırıq”.

 

Onun sözlərinə görə, 2015-ci ilin aprelində icra olunmağa başlamış layihə yeni infrastruktur şəbəkəsinin yaradılmasını nəzərdə tutur.

 

"Bu, limanların, qaz terminallarını tikintisi, iki ölkə arasında uzunluğu üç min kilometrə çatan dəmir yol magistrallarının və boru kəmərlərinin salınmasından ibarət bir layihədir. Hesab edirik ki, Azərbaycan şirkətləri bu sahədə iştirak edə bilər”.

 

Bu dəhliz Pakistanın ən iri limanı Qvadarı Sintzsyan-Uyğur regionu ilə birləşdirəcək və Çinə Hind okeanına çıxış imkanı verəcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300