Gənc bloger Mehman Hüseynov Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun imarətinin videosunu yayıb.

"Mütləq baxın və hər yerdə paylaşın!.. İlk dəfə risk edib girmişik nazirin yeni tikdirdiyi sarayın içinə, baxın görün bunlar necə yaşayırlar. Adam sanki başqa bir dünyaya daxil olur. Çox acınacaqlı durumdu (Yuxardakılar büdcədən pulları oğurlayıb kef edirlər amma yaşlı vətəndaşlarımız məcburdu quru çörək yesinlər, məcburdu bu soyuqda küçələrdə oturub pul dilənsinlər”, – Mehman Hüseynov çəkdiyi videosüjetdə bildirir.

"Qaz, işıq və dərmanların qiyməti qalxıb, amma buna baxmıyaraq yaxın gələcəkdə ölkədə maaşların və pensiyaların artırımı gözlənilmir. Bu o deməkdir ki pensionerlər, babalarımız, nənələrimiz ölməlidilər, çünki dövlətdən aldıqları 50-60 manat nəinki qaz və işıq pulu verməyə heç çörək almağa bəs eləmir. Niyə hökümət vətəndaşlarımızı bugünə qoyublar? Budurmu vətəndaşlara olan dövlət qayğısı?”, – Mehman Hüseynov soruşur.

 

"Bu dəfə Sosial Müdafiə naziri Səlim Müslümovun mülklərini araşdırıb, tapdıq. Yaşlı vətəndaşlarımız aldığı xırda xuruş pensiya ilə dolana bilmirlər, diri diri məhv olur gedirlər amma nazirimiz xalqdan oğurladığı pullar ilə özünə saraylar tikdirir”, – Mehman Hüseynov bildirir./bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300