"And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. "Quran”, "Məryəm” surəsi, 94.

 

"Quran”ı elmi-lədunla tədqiq edərkən onun surələrinin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauyğunluğun olduğu üzə çıxır. Burada hər bir rəqəmin rəmzi mənası vardır və həmin rəqəm altında deyilən sözlər (ayələr) də bir qayda olaraq rəqəmdəki mənanı tamamlayır. Məsələn, götürək Rəsulullahın adına olan "Məhəmməd" (47) surəsini.

 

Surənin nömrəsi (rəmzi) olan 47 ədədinin sirri elə Rəbbimin Öz adına olan "Rəhimli Allah" (55) surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır.

 

Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur: 

"Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!"

 

Bunu nəzərə alıb, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxsaq "Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin alındığını görərik:

 

78 – 31 = 47

 

Bu fakt Rəbbimlə Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də "Quran”ın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində olmasının riyazi sübutudur. Yəni, surə və ayələrin düzülüşü insan beyninin məhsulu olmayıb, şüurdankənar, fövqəladə bir elmlə baş tutmuşdur. Bunu "İbrahim” surəsinin kodunu təhlil edərən də aydın görmək olur.

 

(Müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud buradan hansısa ayənin çıxarılması haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər "Quran”a və Allahın qüdrətinə şübhə edənlərdir.)

 

İbrahim Peyğəmbərin Allahın Rəsulu olduğunu təsdiq edən düstur

 

Xatırladaq ki, "Quran”da  "İbrahim” surəsinin sıra nömrəsi 14-dür.

Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. 

 

Elmi-lədun araşdırmalarımız göstərir ki,   14 ədədi də yuxarıda olduğu kimi, Allahın Öz adına olan "Rəhimli Allah” surəsinə bağlanır və "Quran”da çox böyük tarazlıq (balans) yaradır. Bunu sübut edən hesablamanı diqqətinizə çatdırırıq:

 

 "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi "Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır).

 

Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir ("Quran”ın cəmi 55 surəsində 41-ci ayə var).

 

Beləliklə,  "Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi "İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir:

 

55 – 41 = 14

 

Alınan 14 ədədi   "İbrahim" surəsinin sıra nömrəsi olmaqla, həm də onun Peyğəmbərliyinin riyazi sübutudur. 

Bu düstur bir daha "Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın elmi ilə) düzüldüyünü bir daha təsdiq edir. 

 

14 ədədindən söhbət gedərkən maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd (s) dünyaya təşrif gətirən gecəsi, zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya toplaşan münəccimlər və bilicilər belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qa-baqcadan verilən Peyğəmbər artıq dünyadadır və Nuşirəvanın hakimiyyəti süqut edəcək. 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox  keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı. Bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi. 

Yeri gəlmişkən, tarixi faktlar sübut edir ki, idarəçilikdə zülmə üstünlük verən (balansı pozan) padşahlar 14 ildən artıq hakimiyyətdə qala bilmirlər.

 

Beləliklə, bütpərəstliyə qarşı mübarizə aparmış  İbrahim Peyğəmbərin kodu olan 14 ədədi həm də "Quran”da tarazlıq (balans) rəmzi sayılır. Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Bəşər tarixinin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə mərhələlərdə baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur. Elmi-ladun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər və müəmmalı təyyarə qəzaları... məhz bu qəzəbin təzahürüdür. Bunu  sübut edən faktları əvvəlki yazılarımızda diqqətinizə çatdırmışıq.

 

(ardı var)

 

moderator.az

Paşa Yaqub- tədqiqatçı-yazar

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300