Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı "Ölüm batalyonu”nun yaradıcısı Tahir Bayramovun oğlu ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. 

 

Müraciətdə bildirilir ki, T.Bayramovun cinayət işinə ədalətlə baxılması vacibdir: 

"Qarabağ müharibəsi dövründə "Ölüm batalyonu”nun yaradıcısı olmuş, dörd il qəhrəmanlıqla vuruşmuş, dəfələrlə yaralanmış Qarabağ döyüşçüsü Tahir Bayramovun oğlu Bayramov Zahir Tahir oğlunun taleyi ilə bağlı sizə müraciət edirik. Zahir Bayramovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2014-cü il  tarixi qərarı ilə 11 il 3 ay həbs cəzası müəyyən edilib. Onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 120.2.7-ci maddələri əsasında ittiham ediblər. Biz onun təqsirsiz olduğunu demirik. Lakin ona həddindən artıq, törətdiyi hərəkətə uyğun gəlməyən cəza verilib. O, bir neçə nəfərin iştirak etdiyi davaya qoşulub, heç kəsin həyatına qəsd etməyib, qəsd etmək niyyətində də olmayıb, heç kəsə heç bir ciddi xəsarət yetirməyib, cavan olub, beyni qan olub, başa düşməyib. Xahiş edirik ki, Zahir Bayramovun cavan olmasını, 2 əmisinin Qarabağ döyüşlərində şəhid olmasını, ailələrinin ağır durumda olmasını və Zahir Bayramovun valideynlərinin iş qüvvəsi olmamasını, 2 bacısının hələ də ailə qurmadığını, azadlığa cıxarsa, cəmiyyətə daha çox xeyir verə biləcəyini, onun atası Tahir Bayramovun vətən qarşısında xidmətlərini, Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşmasını, dəfələrlə yaralanmasını nəzərə alasınız. Zahir Bayramovun azadlığa çıxması üçün köməyinizi əsirgəməyəsiniz. Müraciətimizə diqqətlə yanaşacağınıza inanırıq”.//musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300