Ukraynanın Maliyyə Nazirliyi "Ukrtransnafta" dövlət müəssisəsi tərəfindən Cənub neft magistralı vasitəsilə 262 min ton Rusiya neftinin nəqlinə qadağa qoyub. "APA-Economics" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə "Ukrtransnafta"nın baş direktorunun birinci müavini Andrey Pasişnik bildirib.
 
A. Pasişnik bildirib ki, Rusiya nefti Azərbaycan istehsalı olan "qara qızıl" ilə əvəzlənməli idi.
 
"Maliyyə Nazirliyi prezidentlərin və hökumətlərin əldə etdiyi razılaşmalara qarşı çıxır və problemin həlli əvəzinə qadağa qoyur", - deyə baş direktorun müavini qeyd edib.
 
Xatırladaq ki, noyabrın 4-də "Ukrtransnaft"a Ukraynanın baş naziri Vladimir Qroysmana müraciət edərək tez bir vaxtda Odessa-Kremençuq neft kəmərini dolduran "Urals" markalı neftin "Azeri Light" markası ilə əvəzləməyə razılıq verməyə xahiş edib.
 
Onun da qeyd edək ki, noyabr ayının 2-də "Ukrtransnafta" və "Ukrtatnafta" (Kremençuq neftayırma zavodunun operatoru) 4 mln. Azərbaycan neftinin zavoda nəql olunmasına dair protokol imzalayıb.

ukraynanin maliyye nazirliyi azerbaycan neftinin neqline qadaga qoyub

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300