Dostunun saxta profilindən yazaraq pul lazım olduğunu deyiblər. O isə inanaraq bank kartının kodunu həmin şəxsə göndərib. Ancaq sonra başa düşüb ki, onu aldadıb 270 manat pulunu alıblar. Bu halla siz də qarşılaşmamaq üçün bu xəbəri mütləq izləyin.

Sosial şəbəkədə dostu ondan pul istəyib. Ancaq bank kartının şifrəsini verdikdən sonra bunun dostu yox, dostunun saxta profilini yaradan başqa biri olduğunu anlayıb. Maraqlı hadisə Qobustan sakininin başına gəlib.

Məhz profilin dostuna aid olduğuna əmin olduğundan, fərdi məlumatlarını sosial şəbəkədə həmin şəxsə göndərib.

Nəriman Qəhramanov deyir ki, bununla bağlı polisə də müraciət edib.

Ekspertlər isə bildirir ki, hətta sosial şəbəkədə sizə yazanın dostunuz olduğunuza əmin olsanız belə, bank məlumatlarınızı verməyin. Çünki həmin məlumatların oğurlanma riski yüksəkdir. Bundan əlavə, mütəxəssislərin saxta profil sahiblərini necə tanımaqla bağlı tövsiyyələri də var.

Əgər sizə yaxınınızın profilinə bənzər profildən yazırlarsa, dərhal həmin profili gözdən keçirmək məsləhətdir. Çünki ortaq dostlar və paylaşımlara baxdıqda həmin profilin orijinal olub-olmadığını müəyyən etmək o qədər də çətin olmayacaq.

Ekspertlər məsləhət görür ki, saxta profil sahibini ID nömrəsindən də tanımaq mümkündür. Buna görə də sizə yazan şəxsin saxta profildən yazdığından şübhələnən kimi dərhal onun İD nömrəsini orijinal profillə müqayisə etməkdə fayda var./Xəzər xəbər/

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300