Türkiyədə və Azərbaycanda böyük maraqla izlənilən "Qurdlar Vadisi Pusu” serialı yeni mövsümdə ekranlara qayıda bilər.

Axar.az Xəbər7-yə istinadən məlumat verir ki, 13 ildir davam edən serialın hələlik hansı telekanalda yayımlanacağı dəqiqləşməyib.

Ancaq filmin gələn ilin yanvarından yayımlanacağı gözlənilir.

Serialla bağlı digər xəbər isə izləyicilərin böyük istəyi ilə 15 iyul dövlət çevrilişinə cəhdin ekranlaşdırılmasıdır.

Bu arada çevrilişə cəhddən az öncə "Qurdlar Vadisi Çevriliş” markası üçün patent almaq istəyən "Pana Film” haqqında yayılan iddialara şirkətdən cavab gəlib.

Serialın qəhrəmanı Necati Şaşmazın (Polad Ələmdar) prokurorluğa çağırılmadığını açıqlayan şirkət yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

"Mediada şirkətimizin prokurorluğa ifadə verməsi barədə yayılan xəbərlər və şərhlər həqiqəti əks etdirmir. Bu barədə prokurorluğa da məlumat verilib. Şübhəli qismində işçilərimizin ifadəsi alınmayıb. Yayılan xəbərlərin məqsədli və qərəzli olduğu qənaətindəyik”.

Xatırladaq ki, 15 iyul dövlət çevrilinə cəhddən sonra serial çəkilişlərinin qəflətən dayanması "Pana Film” şirkətinin Gülən camaatı ilə əlaqədə olma ehtimalını gücləndirmişdi.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300