"Mançester Yunayted" baş məşqçisi Joze Mourinyonu istefaya göndərməyi düşünmür.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi komandanı portuqaliyalı mütəxəssisə etibar etməyə davam edəcək.
Rəhbərlik hesab edir ki, Mourinyo "MY"nın oyun keyfiyyətini yaxşılaşdırıb. Buna görə də komanda ilk 3-lükdə olmasa da, baş məşqçini işindən razıdırlar.
Qeyd edək ki, "MY" İngiltərə Premyer Liqasında 14 turdan sonra 6-cı pillədə qərarlaşıb.