Xəbər verildiyi kimi, parlamentdə 2017-ci il üçün dövlət büdcəsi layihəsinə qarşı müzakirələr zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri, keçmiş vitse-spiker Arif Rəhimzadə rayonlara dotasiyaların azaldılmasını tənqid edib.

Deputat Rəhimzadə maliyyə naziri Samir Şərifovu qınayaraq deyib ki, bu təklif onda xəcalət hissləri yaradıb. Sitat: "Samir Şərifovun yerli icra hakimiyyəti orqanlarına dotasiyanın kəsilməsi və öz hesabına büdcəsini formlaşdırlması barədə təklifini eşidəndə xəcalət çəkdim”.

Arif Rəhimzadə daha sonra sual edib: "Niyə görə belə olub? Belə bir qərar verməzdən öncə müəyyənləşdiriləydi ki, rayonlar bu büdcəni hansı mənbələr hesabına formalaşdıracaq?! Yoxsa, avtomatik götürüb bunu 33 rayona tətbiq etmək düz deyil. Get, özünü maliyyələşdir, bu nə deməkdir?

Qaynarinfo.Az-a daxil olan məlumata görə, deputatın Samir Şərifova qarşı bu cür sərt tənqidi çıxış etməsi təsadüfi deyil. "Bir sıra rayonların icra başçısları və həmin rayonların kuratoru olan iri məmurlar dotasiyaların dayandırılmasından məmnun deyillər. Onlar bu məsələdə əsas məsuliyyət sahibi kimi maliyyə nazirini görür və elə ona görə də Şərifova qarşı qəzəblidirlər”, - deyə məlumatda vurğulanır. 

"Məlumdur ki, dövlət büdcəsindən rayon və şəhərlərə ayrılan dotasiyalar həm həmin rayon və şəhər icra başçıları, həm də onları hgimayə edən iri ranqlı məmurlar üçün gəlir mənbəyidir. Bunu Hesablama Palatasının vaxtaşırı apardığı auditlərin nəticələri də təsdiqləyir. Həmin auditlər zamanı yerli icra hakimiyyəti orqanlarının büdcı pullarının böyük hissəsini sözün həqiqi mənasında havaya sovurduğu məlum olur. Buradan da məlum olur ki, dotasiyadan məhrum olmaq əslində həm də korrupsiya yolu ilə əldə edilə biləcək milyonlarla mantdan məhrum olmaq deməkdir. Belədə kimlərinsə dotasiyaların dayandırılmasından məmnun qalmamasının və maliyyə nazirinə qarşı üsyan etmələrinin səbəbi yaxşı başadüşüləndir”, - məlumatda daha sonra bildirilir. 

Onu da deyək ki, Samir Şərifov hələlik bu məsələ ilə bağlı ünvanına səsləndirilən tənqidlərə münasibət bildirməyib. İstisna deyil ki, bu da nazirin həmin tənqidlərin kifayət qədər nüfuzlu dairələrdən qaynaqlana biləcəyini ehtimal etməsi ilə bağlıdır. Görünür, o, deyilənlərə reaksiya verib, polemika yaratmaq və özünə qarşı yeni "düşmənlər” qazanmaq istəmir... 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300