"Azərbaycan dünyəvi dövlət olduğundan dövlət müəssisələrində, eləcə də ali təhsil ocaqlarında namaz qılınmasını məqsədəuyğun saymıram".

 

"Report”un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Fitnə” filminin nümayişindən sonra tələbələrin sualını cavablandırarkən dövlət müəssisələrində və ali təhsil ocaqlarında namaz qılınmasının düzgün olub-olmamasına münasibət bildirərkən bildirib.

 

O xatırladıb ki, İslamın 5 vacib şərtindən biri də namaz qılmaqdır: "Ancaq dövlət müəssisələrində və ali təhsil ocaqlarında dini ayin icra etmək olmaz. Çünki qanunvericiliyə görə, dini ayinlərin icrası yalnız dini məbədlərdə həyata keçirilməlidir. Yəni yəhudilər sinaqoqda, xristianlar pravoslav və katolik kilsələrində, müsəlmanlar isə məscidlərdə dini ayinləri icra etməlidirlər. Bu gün yalnız Bakı şəhərində 132 məscid var. Ona görə də istənilən şəxs məscidə gedib namazını qıla bilər. Dinimiz hər bir insana imkan yaradır. Əgər tədris vaxtı zöhr namazını icra etməyə problem yaranırsa, onda bunu qəzaya saxlamaq olar. Bununla da kimsə günah qazanmır. Təbii ki, namazı hansısa məkanda qılmağı qadağan etmirik. Lakin iş yerləri və ya təhsil ocaqları namaz qılmaq yeri deyil. Qanunvericiliyə görə də ali təhsil müəssisələrində dini ayinlərin icrasına zor tətbiq etmək, yaxud da məscidə gedib kiminsə qolundan zorla tutub bayıra çıxarmaq da qadağandır. Bu kimi çağırışlar edən varsa, məsələyə son qoymaq lazımdır".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300