"Azərbaycanla bütün sahələrdə əməkdaşlıq üçün şərait təmin olunmalıdır”. 

 

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran parlamentinin spikeri Əli Laricani deyib. 

 

O bildirib ki, Azərbaycanla əlaqələrin inkişaf tempi müsbətdir: "Düşünürəm iki, ölkə arasında mövcud olan potensiala görə Azərbaycanla bütün sahələrdə əməkdaşlıq üçün şərait təmin olunmalıdır. İndiki şəraitdə iki ölkənin əlaqələrini inkişaf etdiyini düşünürəm və gələcək əməkdaşlıq perspektivləri yaxşı görürəm”.

 

İran-ABŞ münasibətlərinə gəldikdə isə Ə. Laricani deyib ki, Donald Tramp ABŞ-ın hazırkı prezidentindən daha ağıllı davranıb. Bununla belə o, Trampın İrana qarşı tutacağı mövqe haqqında indi konkret fikir bildirməyin mümkünsüz olduğunu bildirib: "Ona görə ki, bu məkrli addımlar hazırkı prezidentin dövründə atılıb. Trampın indiyədək açıqladıqları fərqli məsələlər olub. Nüvə məsələsi və İranın "5+1” ölkələri və ABŞ-la əldə etdiyi razılıq, regional məsələlərlə bağlı daha ağıllı çıxışlar edib. Deyib ki, elə olmamalıdır ki, 6 milyard dollar xərclənsin və nəticədə 5-6 min amerikalı həlak olsun. İŞİD-lə bağlı da açıq danışıb. Dediklərini icra edərsə,  özündən öncəki prezidentdən daha ağıllı davranmış olacaq”. 

 

Ə. Laricani qeyd edib ki, İranın regional məsələlərlə bağlı öz mövqeyi var: "Amerika İŞİD-ə kömək edir. İŞİD-in müasir silahlardan istifadəsinə necə haqq qazandırırlar? Amerikalılar regionda gərginlik yaradıblar. Əslində, regionda təhlükəsizliyin lövbər saldığı yer bizik. Hücuma məruz qalmış İraqı və müqavimət qüvvələrini dəstəkləyirik. Biz məsuliyyət hiss etdiyimiz üçün bu işi görmüşük, özlərini yuxuya vurmuş ölkələr ayıq olmalıdırlar”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300