İnsan beyni gün ərzində minlərlə məlumat toplayır. Bu məlumatları istifadə etmək üçün beyin yaxşı işləməlidir. Aile.lent.az sizi beyin sağlamlığınızı gücləndirməyin yolları ilə tanış edir.

 

Gündəlik məşqlər edin. Bu, konsentrasiya və analitik bacarığınızı inkişaf etdirər. Bunun üçün...

 

  • Az istifadə etdiyiniz passiv əlinizlə dişlərinizi fırçalayın
  • Passiv əlinizlə nəsə yazmağa, çəkməyə çalışın
  • Altyazılı xarici film izləyin
  • Sehrbazlıq oyunları öyrənin
  • Hər gün getdiyiniz yerlərə fərqli yollardan getməyə çalışın

 

 

Motsartın əsərlərini dinləyin. Müəyyən bir musiqi janrı dinləmək, beyninizin məhsuldarlığını 15% artırır. Bunun üçün iş gününə başlamazdan əvvəl 20-30 dəqiqə Motsartın bəstələrini dinləyin. Bu, sizi həm sakitləşdirəcək, həm də bədən ritminizi artıracaq.

 

Zehninizi gücləndirin. Zərlə oynanılan oyunlar xatırlama qabiliyyətinizi artıracaq. Bunun üçün 3-4 zəri əlinizə alın və atın. Bunu bir neçə dəfə təkrar edin. Hər dəfə də zərlərin nömrələrini yadda saxlamağa çalışın. Bu oyunu gündə 5-7 dəqiqə oynaya bilərsiniz. Daha sonra yavaş-yavaş zərlərin sayını artırın.

 

Gündə 7-8 saat yatın. Beynin orta hesabla 7-8 saata qədər yuxuya ehtiyacı var. Yuxu əsnasında bədəni təşkil edən melatonin hormonu qaranlıqda canlanır. İşıqda isə kortizol hormonu istehsal olunur ki, yuxu istəyi yaradaraq depressiyaya səbəb olur. Ona görə də əgər otağınız qaranlıqdırsa və yaxşı havalandırılıbsa, beyniniz rahatlayacaq və 30%-ə qədər daha sürətlə güc toplayacaq.

 

Ağıl oyunları oynayın. Domino, poker kimi oyunlar beyni sürətli işlədən oyunlardır. Yaradıcı və məntiqli düşünmənizi inkişaf etdirər. Fikirləşmə gücünüzü gündə 10%  artırar. Ona görə də bu oyunlardan birini həftədə 2-3 dəfə oynayın. Hər dəfə çətinlik səviyyəsini artırın. Konsentrasiya və düşünmə gücünüz 1 həftə sonra gözlə görüləcək formada inkişaf edəcək.

 

Beyniniz üçün xüsusi menyu hazırlayın

 

Müəyyən qida məhsulları beynin məhsuldarlığını artırır. Balıq, qara şokolad, pendir, zeytun yağı, qırmızı turp, lobya, sarımsaq, əncir, ispanaq, banan, xüsusilə alma suyu və bildirçin yumurtasından çox istifadə edin.

 

Sağlamlığınızı nəzarət altında saxlayın

 

Qandakı xolesterol ilə şəkər səviyyəsi normal olduqda beyin yaxşı işləyir. Ona görə də  daimi olaraq sağlamlığınıza nəzarət edin.

 

Pifaqor nəzəriyyəsindən bəhrələnin

 

Zehninizi maksimum səviyyədə inkişaf etdirəcək bu iş məlumatları daha yaxşı yadda saxlama və ehtimal etmə gücünüzü artıracaq. Ona görə də günün sonunda, əhəmiyyətli hadisələri, müsbət və mənfi duyğularınızı ifadə edərək mütləq yazın. Nə etməyi planlaşdırdığınızı, nə etdiyinizi də bura əlavə edin. Müsbət duyğularınızı artırmaq üçün nələr edəcəyinizi analiz edin və ertəsi gün bu qeydlərinizə baxın. Vaxt keçdikcə beyniniz bir çox hadisəni həftələrlə, hətta aylarla xatırlayacaq və onlar üçün ən yaxşı qərarları qəbul edəcəksiniz.

 

Beyin vitamin kokteyli tələb edir

 

Beyni vitaminlə möhkəmlətmək beyin gücünü 10 % artırar. C, D və B qrup vitaminləri qəbul edə bilərsiniz. C vitamini meyvələrdə, B vitamini paxla, quru paxlalılarda, D vitamini yumurta və qaraciyərdə var.

 

Çoxlu kitab oxuyun

 

Kitab oxumaq söz xəzinəsini artırır, həssaslıq duyğusunu inkişaf etdirir və düşüncə gücünü 15% artırır. Hər həftə fərqli kitablar oxuyun. Fərqli əsərlər, klassikləşmiş, işinizlə, mütəxəssisi olmaq istədiyiniz mövzuyla əlaqədar, şeir, sevgi, uşaq kitabları oxuya bilərsiniz.

 

İdman edin

 

İdman etmək beyni gücləndirir, bədənin işini düzgün formada təmin edir. Eyni zamanda qan dövranını nizamlayır. Həftənin 2 və ya 3 gününü ən az yarım saat idman edin.

 

Nikotindən uzaq durun

 

Nikotin qəbulu beynin funksiyalarını 20%-ə qədər aşağı salır. Ona görə də siqaret çəkməyi tərgidin. Bundan sonra beyninizin normal funksiyalara qayıtması üçün 6 ay lazımdır.

 

Sosiallaşmaq beyinə yaxşı təsir edir

 

Bədən yeni insanlar tanımağı, dostlarla vaxt keçirməyi çox sevir. Sosiallaşmaq sizi yeni məlumatlarla təmin etdiyi kimi, beynin funksiyalarını da 10% yüksəldir. Ona görə də davamlı mənfi danışan insanlardan uzaq durun. Amma hər gün fərqli insanlarla ünsiyyət halında olun. Bu zaman isə sizdən daha ağıllı olanları seçin.

 

Beyin günəş vannası qəbul etməyi sevər

 

Günəş şüaları qan dövranını nizamlayır, D vitamini və serotonin hormonu ifraz edir və sizi daha ağıllı, xoşbəxt edir. Günəş şüaları buludların arxasından da sizə mütləq çatır. Amma şüalar pəncərlərinizə keçə bilməyəcəyi üçün çölə çıxıb təmiz hava qəbul etməyinizdə fayda var.

 

Beyin üçün ən yaxşı məşq sevgidir

 

Eşq, sevgi yaradıcılığı və düşüncə gücünü daha aktiv hala gətirir. Stressin öhdəsindən gəlməyinizə kömək edir, sizi xoşbəxt edər. Ona görə də gündə 1 saatınızı sevdiklərinizə ayırın. Sevdiklərinizin söhbətlərini dinləyin, onları qucaqlayın, gülərüzlü olun və birlikdə nəsə edin. Bundan zövq almağa çalışın. 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300