Ötən həftə Azərbaycan Cinayət Məcəlləsinə düzəlişlər edildikdən sonra ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit bəyanat yayıb:

 

"Şübhəsiz, prezidentin onlayn "təhqir olunmasına" görə cinayət məsuliyyəti nəzərdə tutan yeni müddəalarına əsasən həbs olunan şəxs siyasi məhbus olacaq.

 

Bu yeni müddəalar açıq-aşkar insan hüquqları sahəsində beynəlxalq standartları və Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərini pozur.

 

Azərbaycan hökumətini bu müddəaları ləğv etməyə və siyasi məhbusları, o cümlədən hökuməti tənqid etdiyinə görə əsassız olaraq həbs olunanları azad etməyə çağırıram", bəyanatda qeyd edilir.

 

Kristofer Smit Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalif siyasətçilərin və vətəndaş cəmiyyəti qruplarının səsinin kəsilməsi üzrə sistemli addımlarına diqqət çəkmək məqsədi daşıyan "Azərbaycan Demokratiya Aktı”nın (H.R. 4264) müəlliflərindən biridir. Bu qanun Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə viza verilməsindən imtina olunmasını nəzərdə tutur. Sənəddə Azərbaycanın ali rəhbərliyi və hökumət, təhlükəsizlik xidməti, məhkəmə orqanlarının üzvləri ilə işgüzar münasibətlərdən maliyyə gəliri əldə edən şəxslərə də sanksiyalar tətbiq olunması nəzərdə tutulur.

 

Sanksiyalar Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi məsələsində böyük irəliləyiş əldə etdikdə, vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoyduqda, habelə azad və ədalətli seçkilər keçirdikdə ləğv oluna bilər ("Amerikanın səsi").

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300