"Kimi tutasıydılar tutdular, kim qaçasıydı qaçdı”

DTX-nın son günlər həyata keçirdiyi həbslər cəmiyyətdə, xüsusilə də mediada ciddi müzakirə mövzusuna çevrilib. Şübhəsiz, öz fəaliyyətində jurnalistika peşəsinə sığmayan addımlara yol verən şəxslərin neytrallaşdırılması, hansısa formada zərərsizləşdirilməsi vacib və başadüşüləndir. Maraqlıdır, "reket jurnalistikası”nın təmsilçilərinə yönəlik həbslər fonunda bəzi müxalif jurnalistlərin, azad media mənsublarının da həbsi reallaşa bilərmi? Başqa sözlə desək, siyasi hakimiyyətin məlum həbslərin "gözünə qatıb” tənqidi məqalələri ilə ona başağrısı yaşadan bəzi jurnalistləri də həbs etdirməsi mümkündürmü?

24saat.org-a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

"Mənimçün "reket jurnalistikası” deyilən məfhum yoxdur. Sadəcə olaraq juliklər var. Yəni jurnalistikada özünə yer edən juliklər mövcuddur. "Reket jurnalistikası” deyilən bir şey yoxdur.

İkincisi, müxalif jurnalistikadan söhbət gedirsə, bizdə müxalif jurnalistika demək olar ki, qalmayıb. Kimi tutasıydılarsa tutdular, kim qaçasıydı qaçdı. Bu gün ortada olan sadəcə bloggerlərdir. Bir "Azadlıq” qəzeti idi, o da çıxmır. Bu gün bütün güc sosial şəbəkələrdədir. Əgər sosial şəbəkələrdə aktivlik göstərən hansısa qeyri-jurnalisti tutub ağzını yummaq istəyəcəklərsə, bu, başqa məsələ”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300