Bakıda tələbə bıçaqlanıb.

 

Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 15 saylı Bakı Peşə Liseyində qeydə alınıb.

 

Belə ki, liseyin 2-ci kurs tələbəsi 18 yaşlı Orxan Səfərov 3-cü kurs tələbəsi 24 yaşlı Mirdamət Zeynalova iki bıçaq zərbəsi vurub. M.Zeynalov Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanaslına yerləşdirilib.

 

15 saylı Bakı Peşə Liseyinin direktoru Qurbanova Rəna Süleyman qızı "Report"a açıqlamasında bildirib ki, hadisə 2-ci dərsin sonunda tənəffüs vaxtı qeydə alınıb. "Mirdamət Orxanın oxuduğu sinifə daxil olub və onlara səs salmamağı tapşırıb. Bundan qəzəblənən Orxan da səhəri gün, yəni bu gün evdən bıçaq götürüb gəlib Mirdamətin kürəyindən və ayağından bıçaqlayıb. İlk dəfədir ki, bizim liseydə belə hadisə baş verir. Təcili yardımı çağırdım Mirdamət Zeynalovu xəstəxanaya apardılar".

 

O.Səfərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gedərək könüllü təslim olub.

Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300