Kamran Əliyev: "Bunların hamsı yüksək sürət səbəbindən baş verən qəzaların qarşısının alınmasına yönəlib"

Son günlər ölkənin magistiral yollarında, xüsusi ilə də Bakı-Qazax magistral yolunda sürət kameralarının sayı xeyli dərəcədə artıb.

Uluyol.info xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev radarların hansı zərurətdən artırıldığını açıqlayıb. Kamran Əliyevin sözlərinə görə, bütün ölkə boyu sürət rejminə əməl olunması ilə bağlı yol boyu müşahidə kameraları quraşdırılacaq:

 

"Bunların hamsı yüksək sürət səbəbindən baş verən yol nəqliyat hadisələrinin qarşısının alınması məqsədilə atılan addımlardır. Bu qədər radarların qurulması sayəsində sürət həddinin artırılması ilə bağlı olan qəzaların sayı 44-45 faizdən 22-23 faizə enib. Bu da yüzlərlə insanın həyatının xilas edilməsidir". Qurum rəsmisi bildirib ki,  təkcə respublika əhəmiyyətli yollarda deyil, yerli əhəmiyyətli yollarda da radların quraşdırılması ilə bağlı yerli sakinlərdən çoxsaylı müraciətlər daxil olur: "Hər kəs bu gün istəyir ki, yaşayış məntəqələrində belə radarlar çox qurulsun ki, sürücülər sürət həddinə riayyət etsin. Sözsüz ki, sürət həddinə əməl olunursa həmin ərazidə də yol nəqliyyat hadisələrinin sayı az olur".


Kamran Əliyev mövcud sürət hədinin dəyişib-dəyişməyəcəyinə də  toxunub:

"Sürətin artıb azalması ərazidəki yol şəraitindən asılıdır. Əgər orda şərait imkan verirsə ki, nəqliyyat vasitələrinin hərəkət sürəti bir qədər artırılsın, müvafiq qurumların qərarına əsasən artırılacaq. Elə yer var ki, orda sürətin artırılmasına zərurət var. Nəqliyyat vasitələrinin ləngiməməsi üçün belə addımlar atıla bilər. Sözsüz ki, birinci növbədə təhlükəsizlik məsələləri öndə durur. Həmin ərazidə yerləşən yollar təhlükəsizlik tələbərinə cavab verirsə, orda sürət həddi artırıla bilər".

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300