Mağazalardakı yeni qiymətlər: Bahalaşma 30-40 faiz təşkil edir - FOTOLAR
 
Artıq qiymət artımı rəsmən təsdiqlənməyə başlayıb. Marketlərin vitrinlərində mallar yeni qiymətlərlə öz yerini tutub. 

Musavat.com-un əməkdaşının paytaxt Bakıda bir neçə marketdə apardığı müşahidə zamanı məlum olub ki, dünən qiymət artımı olmayan mağazalar da artıq qiymətləri yeniləyiblər. Buna səbəb olaraq isə bildirilir ki, dünən mağazalarda olan mallar devalvasiyadan əvvəl alındığından köhnə qiymətlərlə müştərilərə satılıb. 

Artıq nəhəng holdinqlər belə, qiymət artımının olduğunu təsdiqləyib. Ərzaq mallarında isə qiymət artımı məhsula görə 30-40 faiz arasında dəyişir. Xaricdən idxal olunan mallar artıq 40-50 faiz bahalaşıb. Yerli məhsullarda isə artım nisbətən az - 20-30 faiz arasında dəyişir.

Müşahidə apardığımız marketlərdə vitrinlərdəki qiymətlərin yenisi ilə əvəz olunduğunu və bu prosesin sürətlə davam etdiyinin şahidi olduq. Çörək və un məmulatlarında hələlik artım müşahidə edilmir. Qənd, çay, yağ, süd məhsullarında isə ən azı 30 faizədək bahalaşma var. 

Ölkə bazarının böyük hissəsini yerli məhsullarla təmin edən "Azərsun” Holdinqdə də qiymətlər 20-30 faiz bahalaşıb. Bu gün holdinqdə bu məsələ ilə bağlı toplantı keçirilib və yekun qərar qəbul edilib. Artıq bütün mallar yeni qiymətlərlə mağazalara paylanılır. 

Azərbaycanda şirniyyat mallarının satışında böyük pay hissəsi olan "Veysəloğlu” şirkəti də qiymət artımını təsdiqləyən şirkətlərdəndir. 

Devalvasiyanın yaşandığı ilk gündə - dekabrın 21-də mağazalarda köhnə qiymətlərlə satılan malları almaq istəyən müştərilərə limit qoyulmuşdu. Böyük market şəbəkələri bir maldan yalnız bir ədəd almağa icazə verirdi. 

Dekabrın 21-də əksər mağazalarda insan axını müşahidə olunurdu. Vətəndaşlar sonuncu dəfə ucuz qiymətlərlə mal almaq imkanından yararlanmaq istəyirdilər. Buna görə də mağazaların əksəriyyətində ərzaq qıtlığı yaranmışdı. Bu gün isə mağazalarda böyük izdiham yaşanmır, ərzaq qıtlığı yoxdur. Çünki satılan bütün mallar yeni - bahalaşmış qiymətlərlə alıcılara təqdim olunur.

İri marketlər şəbəkəsində hələlik yalnız yumurta və siqaret qıtlığı var. Yumurta istehsalı ilə məşğul olan firmaların əksəriyyəti satışı müvəqqəti olaraq, dayandırıb.

Marketlərdə müşahidə apararkən əvvəlki qiyməti ilə müqayisədə bəzi malların qiymətində bu şəkildə artımının şahidi olduq:

36 ədəd "Pampers” - 16,86 manat (Köhnə qiymət 14,05 manat)
1 lt "Pepsi” - 70 qəpik (Köhnə qiymət 50 qəpik)
100 qramlıq "Berqa” çayı - 1,55 manat (Köhnə qiymət 1,20 manat)
1 lt "Nataktari” - 1,27 manat (Köhnə qiymət 1 manat)
1 lt "Pal süd” - 1,45 manat (Köhnə qiymət 1,20 manat)   
1 kq qənd - 1,35 manat (Köhnə qiymət 1,05 manat)
 
Xatırladaq ki, dekabrın 21-dəki devalvasiyadan sonra 1 dollar 1.55 manat, avro isə 1,6850 manat təşkil edir. Bu ilin fevralın 21-dən isə Mərkəzi Bankın yeni qərarı ilə dolların məzənnəsi 1,05 manat olub, avronun məzənnəsi isə 1,1950 manat təşkil edirdi.

Əlavə edək ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də devalvasiyadan sonra qiymət artımının qaçınılmaz olacağını deyib. Nazir idxaldan asılı olan məhsulların qiymətində artımın müşahidə olunacağını, lakin süni şəkildə devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısının alınması üçün işlər görəcəklərini deyib.

İlkin Muradov,
Musavat.com,
Fotolar müəllifindir.

 




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300