"21-ci əsr Xəzər dənizinin suyunun səviyyəsinin ən yüksək dövrü olacaq”.

2016-cı ildə Xəzər dənizinin səviyyəsində enmə dayanacaq və yavaş-yavaş yüksəlməyə başlayacaq. 

Moderator.az-ın ans-ə istinadən məlumatına görə, bu sözləri Xəzər dəniz elmi-tədqiqat mərkəzinin direktoru Sergey Monaxov deyib. Monaxovun sözlərinə görə, 6-7 il ərzində dənizin səviyyəsində 30-40 sm artım hiss oluncaq. 

"Amma artımın hansı templə gedəcəyini deyə bilmərik. Proqnozlara görə, 21-ci əsr Xəzər dənizinin suyunun səviyyəsinin ən yüksək dövrü olacaq”, -deyə alim bildirib. 

Alim qeyd edib ki, Xəzər dənizinin suyunun artımında Volqa çayının da payı olacaq: 

"2017-ci ildə Volqa çayının suyunun həcmində ciddi dəyişiklik baş verəcək. Biz qorxuruq ki, Xəzər dənizi sahilində yerləşən Həştərxan şəhəri su altında qala bilər. Bütün bunlar atmosferdə baş verən dəyişikliklərdən aslıdır”- deyə S.Monaxov əlavə edib. 

Amma Azərbaycan Coğrafiya İnistutunun direktoru Ramiz Məmmədov Xəzər dənizinin səviyyəsinin qalxması ilə bağlı tamam başqa fikirdədir. Direktorun sözlərinə görə, yaxın gələcəkdə Xəzər dənizinin səviyyəsində ekstrimal dəyişiklik olmayacaq.

"Volqa çayının suyunun artması barədə 2017-ci il üçün proqnozların düz çıxma dərəcəsi yarı-yarıyadır. Xəzər dənizinin suyunu çay suları və səthinə düşən yağıntı çoxaldır. Hazırda isə dənizdə çay sularının artması və yağıntıların çoxalması ilə bağlı bir təhlükə yoxdur. Sergey Monaxovun proqnozları tədqiqat xarakterlidir”.

Ramiz Məmmədov - Coğrafiya İnistutunun direktoru 


Ramiz Məmmədov bildirir ki, Xəzər dənizinin suyunun 6-7 il ərzində 30-40 sm qalxması ətraf şəhərlər üçün ciddi bir təhlükə yarada bilməz.

"Lənkəran ovalığında Xəzərin səviyyəsi bir az da olsa belə qalxanda bu ətraf əraziləri su basır. Amma Bakıda və Abşeron yarımadasında elə yerlər var ki, dənizin səviyyəsi bir metr qalxsa belə bu ətraf ərazilərə heç bir təsir göstərmir. Xəzər dənizinin səviyyəsi regionlar üzrə müxtəlif dərəcədə təsirə malikdir. Bu müddət ərzində dənizin suyunun 30-40 sm qalxması təbiidir”. 

Xəzər dənizi və sahilindəki dövlətlər


Direktorun sözlərinə görə, dənizin səviyyəsinin qalxması qurunt sularının çoxalmasına səbəb olur: 

"Bu isə kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Məsələn Sovet dövründə Bakı bulvarında dünyanın ən qeyri-adi dekorativ ağaclarından ibarət bağ salınmışdı. 1995-ci ilə kimi dənizin səviyyəsinin sürətlə qalxması bu bağın ləğv edilməsi ilə nəticələndi. Bundan başqa demək olar ki, Abşeron yarımadasında bağların əksəriyyəti dəniz suyunun qalxması nəticəsində ləğv edildi”.

Dünyanın bir çox dövlətlərində çayların və dənizlərin səviyyəsinin qalxması şəhərlərin su altında qalması ilə nəticələnib. Hətta Niderlandın paytaxtı Amsterdam şəhəri tarix boyu dəfələrlə su altında qalıb. Niderlandlılar isə dənizin suyunu şəhərdən uzaqlaşdırmaq üçün dənizi torpaqla doldurmağa başlayıblar.

Tarixi və coğrafi mənbələrdə Aral çayı 10-cu əsrdə Xəzər dənizinə axdığı üçün dənizin səviyyəsi kəskin artmışdı. Hətta 10-12-ci əsrlərdə Qız qalasının hazırda yerləşdiyi yerin Xəzər dənizinin suları altında olduğu bildirilir. Bu barədə 14 –cü əsirdə bəzi alimlər öz kitablarında məlumat veriblər. 

1882 – ci ildə Xəzər dənizi ən yüksək səviyyəyə qalxıb. Həmin vaxt Bakı bulvarı və Neftçilər prospekti sular altında qalıb. Xəzərdə suyun səviyyəsinin ən aşağı endiyi vaxt isə 1977-78-ci illər arasında qeydə alınıb. Bu zaman Xəzərin səviyyəsi okean səviyyəsindən -29 metr aşağı qeydə alınıb. Hazırda isə Xəzər dənizi okean səviyyəsindən -28 metr aşağıdadır. 


Xəzər dənizinin səviyyəsinin qalxmasında iqlim faktoru əsas rol oynayır, dəyişkənlik, tektonik amillər, çaylarda suyun səviyyəsinin azalması da təsir edir. Amma 85-90 faiz səviyyənin dəyişməsini formalaşdıran əsas səbəb iqlimdir. Hazırda qlobal istiləşmə gedir. Xəzərə əsas su gətirən Volqa çayının hövzəsində nəmlik, rütubətlik çoxalıb. Dağlarda isə qar sürətlə əriyir. Son dövrdə, xüsusən son 3 ildə bu faktor azalıb, buxarlanma gedir və səviyyə düşməyə meyllidir. Xəzər dənizinin səviyyəsi 2010-2011-ci illərdə 9 santimetr, 2011-2012-ci illərdə isə 12 sm enib.
 
 MODERATOR.AZ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300