Təsbeh Allahın adlarını zikr edərkən, qısa duaları oxuyarkən hesabı itirməmək üçün bir vasitədir. Demək olar ki, bütün dinlərdə təsbehdən istifadə edilir.

Alimlər təsbeh çevirmənin tək insanın ruhu üçün deyil, sağlamlığı üçün olan çoxsaylı faydalarını aşkar ediblər.

Təsbeh çevirmək stress, nevroz, yuxu pozulmaları zamanı yaxşı kömək edir, əsəbləri sakitləşdirir. Fiziologiya baxımından bu belə izah olunur – barmaqların uclarında yerləşən sinir uclarının beyin mərkəzləri ilə birbaşa əlaqəsi var. Barmaqların uclarına təsir etməklə biz beyin mərkəzlərinə də təsir edirik.

Qədim Yaponiyanın "şiasu” terapiyasında barmaqların və xüsusilə barmaq uclarının massajı həyacan zamanı və həmçinin mədə-bağırsaq sistemi, qaraciyər, ürəyin möhkəmləndirilməsi məqsədi üçün istifadə olunur.

Müasir tibdə bə bu nöqteyi-nəzər təsdiq olunur. Alimlər sübur edir ki, təsbeh çevirmək baş ağrılarını azaldır, təzyiqi normallaşdırır. Bu zaman insan dua oxuduqda sağlamlığa olan faydalı təsir daha da artır. Elm duanın insan sağlamlığına olan güclü müsbət təsirini təsdiq edir.

Müasit tibb "təsbəhlə terapiya”nı bir çox xəstəliklərin profilaktikası üçün effektli hesab edir.

Kiçik motorikanın (barmaqların hərəkətləri) beyinin fəaliyyətinə olan müsbət təsiri tibdə çoxdan sübut olunub. Kiçik motorika beyinin fəaliyyətini yaxşılaşdırır, beyinin cavanlığını qoruyur. Məhz bu səbəbdən həkimlər yaşlı insanlara beyinin sağlamlığını qorumaq üçün naxış tikmək, toxumaq, pazl yığmağı tövsiyə edirlər. Barmaqlarla hərəkətlər beyinin fəaliyyətini stimullaşdırır, beyinin yaşlanmasını ləngidir. Təsbeh çevirmək də bu hərəkətlərə aiddir.

Müasir psixoterapiyada da təsbeh çevirmək müalicəvi vasitə kimi istifadə olunur. Psixoloqların fikrinə görə, təsbeh siqaretdən imtina etməyə kömək edə bilər.

Alimlər təbii materiallardan (ağac, daş, sümük və s.) hazırlanmış təsbehdən istifadə etməyi tövsiyə edirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300