Boşanmağa hazırlaşan Rza Zərrab-Ebru Gündeş cütlüyü barışıb.

 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayrılacaqları gözlənilən məşhur cütlük boşanmaq fikrindən daşınıb. Onların artıq barışdığı məlum olub. 

 

Qeyd edək ki, hazırda ABŞ-da məhbəs həyatı yaşayan R.Zərrab vəkili Volga Gökçe vasitəsiylə mediaya bildirmişdi ki, müğənninin boşanma tələbi iyulun 13-də ona çatdırılıb. Hətta E. Gündeş prosesin sürətləndirilməsini tələb edib. 

 

Rza Zərrab bəyanatında bunları bildirmişdi: "13.09.2016-cı ildə arvadım Ebru Gündeş vəkili vasitəsilə tərəfimə boşanmaq istədiyini çatdırıb. Eyni zamanda prosesi dərhal yekunlaşdırmaq üçün yenə də vəkili vasitəsilə mənə təzyiq göstərib və son olaraq 23.09.2016-cı il tarixdə boşanma vəkalətnaməsini tərəfimə göndərmiş vəziyyətdədir. İçərisində yer aldığım bu sıxıntılı mərhələyə baxmayaraq, arvadımın boşanma qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bildirirəm”.

 

Daha sonra Gündəşin məhkəməyə müraciət etməməsi  ayrılıq qərarını təxirə salmaları barədə xəbərlərin yayılmasına səbəb olmuşdu. İddiaya görə, ayrılmamağa qərar verən E.Gündeş R.Zərraba aid İstanbul Kanlıcadakı villadan da köçməyərək villanın mebellərini yeniləmişdi. 

 

Könül,musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300