Tovuzun Aşağı Quşçu kəndində keçirilən toy mərasimində maraqlı hadisə qeydə alınıb.
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, toy günü qız evinə yola düşən avtomobil karvanına gözlənilmədən 5 ədəd bəzəkli "Belarus" traktoru qoşulub.
Toyu olan Səməd Həsənlinin dostları bu
şəkildə onu təəccübləndirmək istəyiblər. Qəribə toy karvanı ətrafdakıların da
diqqətini cəlb edib.
ULUYOL.İNFO