Şəhərin mərkəzində qorxu yaşadan avtomobil qəzası baş verib.

 

Hadisə şahidlərinin qaynarinfo.az-a verdiyi məlumata görə, avtomobil qəzası təxminən saat 14 radələrində Bakının İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində baş verib. "Nissan" markalı 10-AS-016 dövlət nişanlı avtomobil ani olaraq idarəetməni itirərək yolun kənarındakı işıqfora çırpılıb.

 

Şahidlər bildirirlər ki, avtomobil işıqfora dəyməsəydi, qəza tələfatla nəticələnə bilərdi. Qəza nəticəsində biri kişi, biri isə qadın olmaqla iki nəfər yüngül xəsarət alıb. Hadisə yerinə dərhal yol polisi cəlb olunub.

 

Avtosfer.az isə xəbər verir ki, sözügedən avtomobil Konstitusiya Məhkəməsinin hakimlərindən birinin xidməti avtomobildir. Qəza hakim işə gedərkən baş verib. Qəzaya düşən hakimin kimliyi barədə məlumat verilmir.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300