Bu gün Müsavat Partiyasının qərargahında Nərgiz Yaqublunın xatirəsini əbədiləşdirmək üçün təsis olunmuş "Nərgiz” mükafatının təqdimat mərasimi keçirilib.

Mükafat Komissiyasının üzvü Səxavət Soltanlının aparıcılığı ilə keçirilən mərasimdə Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, jurnalist Zamin Hacı, Real Vətəndaş Hərəkatının təmsilçisi Natiq Cəfərli, Müsavat başqanının müavinləri Tofiq Yaqublu, Yadigar Sadıqov və Gülağa Aslanlı, jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçisi Anar Məmmədli, vəkillər İntiqam Əliyev və Əsabəli Mustafayev, D18 hərəkatının sədr müavini Samira Ağayeva, Müsavat Qadınlar Birliyinin sədri Alya Yaqublu, Məclis üzvü Nigar Yaqublu və digərləri çıxış ediblər.

Çıxışlarda mərhum müsavatçı Nərgiz Yaqublunun keçdiyi şərəfli mübarizə yolu yad edilib, hakimiyyət repressiyalarına rəğmən mübarizə aparan gənclərin fədakarlığı qiymətləndirilib.

Mükafat komissiyasında öncədən keçirilən gizli səsvermənin nəticəsinə əsasən bu il "Nərgiz” mükafatına "heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədov layiq görülüb.

Mükafatın əsasnaməsinə uyğun olaraq, Müsavat başqanı Arif Hacılı mükafatları Qiyas İbrahimov və Bayram Məmmədovun valideynlərinə təqdim edib. Arif Hacılı həmin gənclərin bir cümlə ilə tarix yazdıqlarını vurğulayıb.

Qiyas İbrahimovun anası Şura xanım İbrahimova verilən qiymətə görə komissiya üzvlərinə və Müsavat rəhbərliyinə təşəkkürünü bildirib.

Qiyas İbrahimov və Bayram Məmmədov keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs edilib, onların barəsində "narkotik saxlamaq” ittihamı ilə 10 il müddətində azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Qeyd edək ki, keçən il "Nərgiz” mükafatı NİDA Vətəndaş Hərəkatının üzvü, vicdan məhbusu İlkin Rüstəmzadəyə təqdim edilmişdi.

 

 Mustafa Hacıbəyli, bastainfo.com


 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300