Xəbər verdiyimiz kimi, dünəndən etibarən yerli KİV-lərində "Cənub bölgəsində 300 müəllim ixtisasından 0 bal aldı" başlıqlı yazı ölkə gündəmində müzakirə mövzusudur. İddianın müəllifi Təhsil üzrə ekspert Kamran Əsədov idi.

Uluyol.info xəbər verir ki, bu gün Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov iddiaları təkzib etmişdir.Əavə olaraq, bu il diaqnostik qiymətləndirmədə sıfır qiymət alan müəllimin olmadığın vurğulamışdır.

news-detail

C.Valehovun mövzu ilə bağlı təkzib çıxışına Kamran Əsədovun açıqlaması çox keçməyib.Belə ki, Uluyol.info-da yayımlanmış adı çəkilən mövzunun ardı olaraq redaksiyamıza gələn araşdırmanı təqdim edirik:

"Bildiyiniz kimi, Dekabrın 20-də Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib. Mənim rəsmi olmayan, şəxsi münasibətlər zəminində əldə etdiyim (İnformasiya əldə etmək haqqında AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU, maddə 15,16,17,18) , Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu (maddə 1,2 və s) və əsas da Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq əldə etdiyim məlumatların həqiqətə uyğun olmadığını bildirirlər. İlk növbədə Təhsil Nazirliyinin nümayəndəsinin təqdim etdiyi məlumatlar arasındakı uyğunsuzluğa diqqət yetirək.


Burda, Nazirliyin əmkdaşının məlumatında qeyd olunub ki, Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimi iştirak edib. (https://www.facebook.com/casarat.valehov/posts/1346829692005240?hc_location=ufi)


Halbu ki, Təhsil Nazirliyinin təqdim etdiyi rəsmi saytındakı məlumatlar bununla üstüstə düşmür. Böyük rəqəm ziddiyyəti var. Özlərinin təqdim etdiyi məlumatda uyğunsuzluq olduğu halda mənim tərəfimdən təqdim olunan məlumatın həqiqətə uyğun olmadığını yazırlar.

(http://edu.gov.az/az/page/9/13408) və (http://dq.edu.az/articles/16/16.html) Bu linklərdə nazirliyinin əməkdaşının dediyi kimi , Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimi iştirak edib yox, 7500 nəfərdən çox müəllim iştirak etməsi göstərilib. Mənim əldə etdiyim məlumatda isə Diaqnostik imtahanda burdan 7426 müəllim iştirak etməsi göstərilib. Mənim tədqim etdiyim rəqəmlər Təhsil Nazirliyinin təqdim etdiyi rəqəmlərə daha yaxındır.
Bundan əlavə, 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanmağı ilə bağlı Nazirlyinin rəsmisi qeyd edir. Bəs yerdə qalan 6011 müəllimin nəticəsi necədir?
Müq ayisə edək 2014-cü ildə Bakı şəhərində keçrilmiş imtahanla (Təhsil Nazirliyi, Hesabat 2015 jurnalı, səh 18, diaqram 1 və diaqram2) , Bakı şəhərində 28.758 nəfər iştirak etmişdi ki, onlardan 18,2 faizi əla (80 fazidən çox), 57,6 faizi yaxşı (10-80 faiz arası), 24,2 faizi 10-fazidən aşağı nəticə göstərmişdi ki, buda biliyin qiymətləndirilməsi qaydalarına görə 2 və ya 0 bal yesab olunur.
Belə ki, Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının 5.3.cü maddəsinə görə diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur (http://dq.edu.az/22/umumi_tehsil_muessiselerinde_isleyen_muellimlerin_bilik_ve_bacariqlarinin_diaqnostik_qiymetlendirilmesinin_aparilmasi_qaydalari.html).


təhsil nazirliy tərəfindən təstiq olunmuş qiymətləndirmə meyarlarına görə 0-10 bal toplayan neçə alır? Əlbəttə ki, 2. Bu da 0 bal deməkdir. Mən qiymətləndirmənin əsasları ilə baxsaq, əlbərdə ki, bu nəticə ortaya çıxacaq. Biz şagird qiymətləndirməsi ilə müqayisə etsək görərik ki, şagirdlər müəllimlərindən şox bilir (https://eservices.tqdk.gov.az/netorta/cedvel%5Cskala.htm).


Özünün 10 fazilik savadı olmayan müəllim, şagirdə necə bilik verə bilər?
Təki bizim müəllimlərin biliyi, savadı, peşəkarlığı həmişə yüksək olsun.
Təhsilin inkişafını mənim qədər çətin ki, istəyən olsun. Əlbətdə ki, təmənnasız olaraq bunun üçün əlimdən gələni etmişəm, edirəm və edəcəm. Kimlərsə papadan artıq katolik olmaq istəyir təəsüflər olsun ki..."

 

Uluyol.info

Saday Fərəcov

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300