Lütfəli Babayev: «Bütün dünyada insanlar məhv olub, təkcə Azərbaycan əhalisi sağ qalıb»

Manatın dəyərdən düşməsindən sonra əhalinin vəziyyəti xeyli pisləşib. Əyalətlərdə bu daha qabarıq şəkildə müşahidə olunur. Yerli məmurlar vəziyyəti normal məcraya salmaq, insanların panikaya düşməmələri üçün tədbirlər görmək əvəzinə, olanlara ümumiyyətlə, reaksiya vermirlər. 

JAM.AZ-a məlumat verən Zərdab sakinləri bildirirlər ki, hal hazırda rayonda acınacaqlı vəziyyət yaşanır. Onlar qeyd edirlər ki, əksər dükanlar bağlanıb, bəziləri isə məcburiyyətdən qiymətləri qaldırıblar. «İnsanların faktiki maddi imkanları bu qiymətlərlə uzun müddət yaşamağa imkan vermir. Elə kasıb ailələr var ki, onlar ümumiyyətlə, çar-naçar qalıblar». 

Camaatın sözünə görə, belə davam edərsə, təkcə Zərdabda deyil, bütün ölkədə aclıq təhlükəsi yaşana bilər. Onlar qeyd edirlər ki, rəsmi qurumlar təcili olaraq prosesə müdaxilə edib, vəziyyəti stabilləşdirməlidirlər. «Faktiki əmək haqqı ilə yaşamaq mümkün deyil. Adamların gəlirləri çox aşağıdır, qiymətlər isə həddindən artıq yüksəkdir. Manatın dəyərdən düşməsi isə onsuz da ağır olan vəziyyəti daha da pisləşdirəcək. Belə davam edərsə, ölkəni aclıq bürüyə bilər». 

JAM.AZ-a danışan sakinlər qeyd edirlər ki, vəziyyətlə bağlı məclislərdə icra başçısı Lütfəli Babayevə suallar veriblər, ondan hansısa tədbir görməsini istəyiblər. «Lütfəli Babayev son iki gündə toylarda etdiyi çıxışlarında camaatı ələ salmaqla məşğuldur. Adam əlinə mikrofonu götürüb deyir ki, dünyada bütün insanlar aclıqdan ölüblər, təkcə Azərbaycan əhalisi sağ qalıb. Ardından da utanmadan «Azərbaycan» və «İran təranələri» oynayaraq, yeyib-içməklə məşğul olur». 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300