Dəyərli Ulu millətim, 31 dekabr Azərbaycan  ulu türkünün həmrəylik  günü münasibətilə təbrik edir, Allahın salamı və rəhməti bizlərə, bütöv dünya müsəlmanlarına nəsib olmasını uca Allahdan təvəqqe edirəm.


Dəyərli, qiymətli ulu millətim,  Qurani–Kərim Allahın şah əsərinin mənası- biz bəndələrin birliyinə, bərabərliyinə, bir insan kimi yaşamasına xidmət edən ilahi nurdur. Hər birimizin yolunun işıqlı gələcəyə, qiymətli həyat tərzinə dönməsinə uca Allah  insanımıza yar və yardımçı olsun,AMİN.


Bu gün Azərbaycanda gördüklərimizlə, eşitdiklərimiz arasında məsafə əl çatmaz qədər ucadır. Allah Quranı-Kərimdə gözəl kəlamları eşidən, gözəl əməlləri qəbul edirəm dediyi halda, biz boş və mənasız sözlərlə özümüzü və qarşımızda olanı aldatmaqla hara getdiyimizdən xəbərsizik.Bir gün əməllərimizin haqq-hesabatın verəcəyimizi düşünmür, məsuliyyətini anlamırıq.

 

Millətimizin və dünya müsəlmanlarının nicatı uca Allahın biz bəndələrə göstərdiyi yoldan başqa ikinci yol boş və cəfəngiyatdır.İllər boyu kominizm şüarı adı altında Vətənimiz, dövlətimiz talan oldu.Bu gündə demokratiyadan, əsl insani həyatdan anlayışı olmayan Avropa-Amerikanın insanlara verdiyi boş vədlər uğrunda mübarizə bu günə qədər nəticəsiz qalmış və qalmaqda davam edəcəkdir.


Qurani-Kərimdə insan həyatında baş verən bütün hadisələrdən bizlərə agah edən uca Allah biz insanların birliyə, bərabərliyə, riarkarlıqdan, yalandan, qeybətdən,mənəm-mənəmlikdən, haramdan-rüşvətdən uzaq olub, əsl insan kimi yaşamağımızın həqiqi yolun göstərmişdir. İnşaallah  istəsəkdə,istəməsəkdə Allah bilən olacaq.

Diqqətlə oxu Qurani-Kərimi, ey dinə rəhbərlik edən və İslam dininin mahiyyətini anlamayan dünya malına, eyş-işrətə qurşanan, haqq eşitdikdə fəryad edən rəhbərlər.Bu gün dinimizin yanlış təbliğatının nəticəsidir ki, dünya müsəlmanları min cür əzab və əziyyətə düçar olub.Günahkar isə, özün alim sayan və İslam dünyasını parçalayanların günahıdır ki, hadisələr göz önündə...Həmçinin, dövlətimizdə də bu parçalanmalar yaşanmaqdadır. Məqsəd isə, dünya malı.


Allah  yaratdığı bəndələr arasında heç kimə fərq qoymadı.

1) İlk yaranmış Adəm babamız yaranmışlara ibrət olsun deyə,

2) İsa ruhullahı isə biz insanlar ibrət götürsün deyə yaratdı.

Qalan bütün yaranmışları hamısını eyni yaradıldı.Əgər Allah onları bizdən fərqli yaratmış olsaydı, Allah ədələtsiz olardı.

Oxu Qurani-Kərimi. Quran kamil bir insan obrazıdır.Bütün peyğəmbərlər  öz ədəb-ərkanı ilə təmizliyi, düzlüyü ilə o mübarək məqama yetişmişlər.Quranda adı çəkilən bütün püyğəmbərlərə salam olsun.

Məhəmməd(s.a.v.) bir insan sinvoludur.Peyğəmbərlik məqamına gözəl Allahın bəyəndiyi əməli müqabilində ucalan bəşər nuru bizləri o mübarək yola gəlməyimiz üçün nələr etmədi, nələr  gəlmədi başına?! Lakin, bəşər nuru bütün müsibətlərə səbr edərək, uca Allahın ən qiymətli mükafatı olan Qurani-Kərimlə müjdələndi.

Bu gün dəyərli milətim, Azərbaycan türkünün, Türk dünyasının və müsəlmanların nicatı mübarək Qurani-Kərimin 29-cu surəsində gələn 30 mütəşabih ayədə öz əksini tapması, o uca Alahın Azərbaycan torpağının və millətinə bəxş etdiyi ilahi müjdədir. Bəli, bu sözllərimi eşidən dindən gəlir mənbəyi kimi istifadə edən, müsəlmanlar boyun qoymayacağını bilirəm. Mən dinin mahiyyətini anlamayan özün müsəlman kimi təqdim edən insanlara söyləyirəm. Tövbə qapısı açıqdır.Tövbə et, Allah tövbələri qəbul edəndir.Sənin hər bir işindən xəbərdar olan Allah çox-çox bağışlayandır. 


XXI əsr –Quran əsridir. Allah bu əsrə and içir. And olsun ƏSRə.

Beləliklə Quran hikməti: Söylədiklərimin geniş izahı Qurani Kərimdədir.


29x69=2001XXI ƏSR

29+69=98Açıq-aydın dəlil

29-69=40Mömin

669-555=114Quran surələri

78-31=47 Məhəmmdə (s.a.v.)

78-47=31Loğman

55-41=14İbrahim


71% su, 29% torpaq - dünya.

71% su, 29% torpaq - insan.

Quran dünya, Quran insan deməkdir.


Mütəşabeh ayənin dərki 29 surədən başlayır.29-cu surə 69 ayə, 69-cu surə 52 ayə, 52-ci surə 49 ayə, 49-cu surə 18 ayə, 18-ci surə 110 ayə, 110-cu surə 3 ayə, 3-cü surə 200 ayədən ibarətdir.Oxunun Quranın 7 surəsindən sonra 3-cu surənin yeddinci ayəsinin sonu. Mütəşabih ayəni ağıllı insanlar dərk edərlər.

 


 Hacı Xalid -ilahiyyatçı

 Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300