"The İndependent” qəzetində dərc olunmuş bir məqalədə deyilir ki, qadın həkimlərin pasientlər üçün kişi həmkarlarından daha yaxşı olduğunu elmi araşdırma göstərib.

Bu araşdırma zamanı 4 il müddətində xəstəxənalara 1, 5 milyon pasient gəlişi təhlil edilib.

Bəlli olub ki, qadın həkimlərin pasientləri arasında ölüm hadisələri və ya klinikaya təkrar dönüşlər kişi həkimlərdə oduğundan əhəmiyyətli dərəcədə azdır.

JAMA Internal Medicine Journal məcmuəsində dərc olunmuş məqalədə deyiliyr ki, kişi həkimlər də pasientlərə qadın həmkarları qədər diqqətli və qayğıkeş olsaydılar, 32 min insanın həyatını xilas etmək mümkün olardı.

Araşdırma hesabatında deyilir ki, faktlar kişi və qadınların tibbi fəaliyyətinin fərqli olduğunu göstərir.

Bu da aydın olub ki, qadın həkimlər klinika qaydalarına kişi həmkarlarından daha məsuliyyətli yanaşırlar. Onlar daha diqqətlə müayinə edir, pasientlərlə daha çox ünsiyyətdə olur və daha çox məsləhət verirlər.

Chicago Universitetindən tibb professoru Vineet Arora deyir ki, fərqin əsasında bir çox faktorlar dayana bilər.

Ola bilər ki, səbəb həkim yanaşması, ola da bilər ki, xəstənin həkimə reaksiyasıdır.

Beləliklə, qadın həkimlərə ənənəvi inamsızlığın əsassız olduğu bəlli olub.

Odur ki, həkiminizin qadın olduğunu biləndə, bir az da rahat nəfəs alın (BBC Azərbaycanca).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300