Nicat İbrahim adlı şəxs ağzını tikərək ölüm aclığına başlayıb. Bu barədə o dekabrın 30-da facebook səhifəsində video-müraciət yayıb və ekran qarşısında ağzını tikib.

 

Öz növbəsində, NİDA Vətəndaş Hərəkatı da bu məlumatı yayıb və Nicat İbrahimin hərəkata qoşulduğunu bildirib.

 

Nicad İbrahim video-müraciətində bildirir ki, 2008-ci ildə Abşeron rayonunda vəzifəli şəxs ondan 32.000 ABŞ dolları alaraq, bunun müqabilində torpaq sahəsi satılmasına söz verib. Ancaq ona nə torpaq sahəsi verilib, nə də pulu qaytarılmır. Video müraciətində qeyd edir ki, ümumilikdə vəzifəli şəxslər ona 46.910 ABŞ dolları borcludurlar.

 

Nicad İbrahim hətta o zaman polislər tərəfindən üç gullə yarası aldığını deyir və güllə yaralarının qeyd olunduğu ekprizi, fotonu nümayiş etdirir. Eyni zamanda, məhkəmə qəararını da göstərir və orada onun özünə üç güllə vurduğunun qeyd edildiyini deyir.

 

İbrahim dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etməsinin nəticə vermədiyini bildirir.

 

Rəsmi orqanlar və video-müraciətdə adı hallandırılan şəxslər hələ Nicat İbrahimin bəyanatına münasibət bildirməyib.//arqument.az


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300