Qlobal platforma olan Change.org saytında "Zəngəzuru Azərbaycana qaytarın!” başlığı altında petisiya yerləşdirilib.

Publika.az xəbər verir ki, petisiyanın ünvanı olaraq Rusiyanın Yekaterinburq şəhəri, müəllif isə Yevgenil Syomin göstərilib.

Bildirilir ki, Zəngəzur Azərbaycan və türk dünyasının ürəyində yaradır. Petisiyada Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində çıxışı xatırlanıb:

"Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız, təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq”.

Petisiyada qeyd edilir ki, Zəngəzuru ermənilərə verməklə, Naxçıvan coğrafi baxımdan Azərbaycandan ayırdılar. Naxçıvanın faktiki olaraq üç tərəflə Ermənistan tərəfindən mühasirəyə alındığını bildirilir.

Vurğulanır ki, Zəngəzur Azərbaycan xalqına qarşı erməni terrorçuların soyqırımının bir neçə dalğasını yaşayıb:

"Əvvəllər Zəngəzurda erməni əhali praktik olaraq yox idi. Soyqırımı və etnik təmizləmələrə baxmayaraq, 1918-ci ilin əvvəlinə qədər azərbaycanlılar Zəngəzur əhalisinin əksəriyyətini təşkil etməkdə davam edirdi. Etnik təmizləmə siyasətinə baxmayaraq, 1988-ci ilə qədər Zəngəzurda əhəmiyyətli sayda azərbaycanlı əhalisi qalırdı. Artıq Qarabağ hadisələrinin başlanması ilə Zəngəzur soyqırımı və etnik təmizləmələrin üçüncü və son dalğasına məruz qaldı”.

Petisiyada bildirilir ki, Ermənistan respublikasının rəhbərliyi qarşısında Qarabağın rayonları ilə yanaşı, Zəngəzur və Ermənistanın başqa rayonlarına Azərbaycan qaçqınlarının qayıdışı mütləq şərt olaraq, qoyulmalıdır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300