"Heç kimə Belarus xalqını alçaltmağa imkan vermərəm".
APA-nın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko paytaxt Minskdəki kafedral kilsəni ziyarət edərkən bildirib.
"Bizim addımlarımızın əsas düstüurunu anlamalısınız: heç kimə Belarus xalqını alçaltmağa imkan vermərəm. Bu, bizim təməl prinsipimizdir. Əgər kimsə bunu anlamırsa, o zaman biz həmin şəxslərlə nəinki münasibət qurmağı, heç ünsiyyətdə olmağı da lazım bilmirik", - deyə A. Lukaşenko bildirib.