ABŞ generalı şok etiraflar edib.

 

Ölkə.Az xəbər verir ki, general Vesli Klark İŞİD terror qruplaşmasının necə qurulmasına dair şok etiraflar edib.

 

Klark İŞİD-in ABŞ tərəfindən qurulduğunu etiraf edib. General terror qruplaşmasının Səudiyyə Ərəbistanından pul "sağmaq" və ölkələri işğal etməyə bəhanə yaratmaq məqsədi ilə qurulduğunu bildirib. Bundan başqa Klark ABŞ tərəfindən devrilməsi nəzərdə tutulan dövlətlərin siyahısını da açıqlayıb.

 

11 sentyabr hücumundan 10 gün sonra Pentaqona getdiyini deyən Vesli İŞİD-i qurmaq barədə qərar alınan görüşdən danışıb. Görüşdə ölkənin müdafiə naziri Donald Ramsfeld və müavini Paul Volfovitz də olub.

 

Görüş vaxtı Ramsfeld generala "Bir az söhbət eləməliyik" - deyərək onu aşağıdakı otağa çağırıb. Ramsfeld Klarka İraqa qarşı müharibəyə başlayacaqlarını bildirib. Ramsfeld müharibənin səbəbini bilmədiyini, rəhbərliyin başqa çarəsi qalmadığını vurğulayıb. Klarkın "Səddam və Əl-Qaidə qruplaşması arasında əlaqə olduğunu tapa bildinizmi?"- sualına nazir belə cavab verib: "Yox. Bu məsələdə yeni heç bir şey yoxdur. Sadəcə İraqa qarşı müharibə aparacağımız barədə qərar verdilər. Terrorçulara qarşı nə edəcəyimizi bilmirəm, amma yaxşı bir ordumuz var. Dövlətləri zəiflədə bilərik. Çevrilişlərlə dövlətləri silə bilərik. Bizə bir çəkic lazım idi. Buna görə də İŞİD-i qurduq".

 

Vesli ABŞ tərəfindən devriləcək hökumətlərin də siyahısı olduğunu bildirib: "Biz Əfqanıstanı bombalayırdıq. Bir neçə həftədən sonra məsələni müdafiə nazirindən soruşdum. O, bir kağıza 7 il ərzində devriləcək hökumətlərin adını yazdı. Siyahıda Suriya, Liviya, Livan, Somali və İranın adı var idi.

 

ABŞ İŞİD və Əl-Qaidə kimi qruplaşmalardan Əfqanıstanda və digər ölkələrdə Sovet İttifaqına qarşı istifadə edib: "Səudiyyə Ərəbistanından pul qopartmaq üçün bu qruplaşmalarla razılığa gəldik. Bu qruplaşmalar ancaq bu işə yarayır"- deyə general bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300