Müdafiə
Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində
iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini
ümumilikdə 44 dəfə pozub
Ermənistan Respublikası Noyemberyan rayonunun
Voskepar, Barekamavan kəndlərində, İcevan rayonunun Paravakar kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qaymaqlı,
Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar,
Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq,
Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata
görə, işğal altında olan Ağdam rayonunun Şuraabad, Şıxlar, Kəngərli, Şirvanlı,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Cəbrayıl
rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd,
Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Ulu Yol Xəbər portalı » Ölkə » Cəbhədə düşmən təxribatı ara vermir - Müdafiə Nazirliyi məlumat yaydı
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/