2017-ci ilin yanvar ayının 1-ə olan göstəriciyə əsasən, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı statistikada qeyd edilib. Ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 12,8%-i qızıl ehtiyatının payına düşür.

Ümumilikdə ölkənin sahib olduğu qızıl-valyuta ehtiyatının dollarla ifadəsini tapmağa çalışaq. Əgər 21,9 ton qızılın qiymətini hazırki dünya bazarı qiymətilə hesablasaq, bu təxminən 0,8 milyard dollar deməkdir. Mərkəzi Bankın 2016-cı ilin 11 ayı üzrə valyuta ehtiyatları 4 milyard dollar, Dövlət Neft Fondunun 2016-cı ilin 9 ayı üzrə ehtiyatları isə 35 milyard dollar təşkil edib. Beləliklə, təxmini hesablamalara görə, bu 40 milyard dollara yaxın strateji valyuta ehtiyatı deməkdir.

2015-ci ilin avqust ayında isə bu göstərici 43,1 mlrd. dollar təşkil edib. Göründüyü kimi, azalma 3 milyard dollardan bir qədər çoxdur. Qeyd edək ki, 2015-ci ilin əvvəlindən AzərbaycanRusiyadan sonraqızıl-valyuta ehtiyatları ən çox azalan ölkələr sırasında ikinci yeri tutur.

Məlumat üçün əlavə edək ki, dünya ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə Azərbaycan 60-cı yerdə qərarlaşıb. Statistikaya görə, dünyada qızıl ehtiyatlarının həcminə görə, ABŞ birinci yerdədir. Bu ölkənin 8 133,5 ton qızıl ehtiyatı var ki, bu da ümumi strateji valyuta ehtiyatlarının 74,2%-i deməkdir. İkinci yerdə 3 377,9 tonla Almaniya (68,1%), üçüncü yerdə BVF qərarlaşıb.

Dünya üzrə ən az qızıl ehtiyatına malik ölkə isə Monqolustandır. Bu ölkənin qızıl-valyuta ehtiyatları 1 tondur, bu isə ölkə məxsus valyuta ehtiyatının 2,8%-nə bərabərdir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300