Belarusda saxlanan İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar çıxarılıb.

Bu haqdaTuranbloqqerin açıqlamasına istinadən xəbər verir.

"Aleksandr tanışlarına bildirib ki, bir neçə gün əvvəl istintaq təcridxanasında güc qurumlarının nümayəndələri ona bildiriblər ki, ekstradisiyası haqqında qərar çıxarılıb. Bakıya çatdırıldıqdan sonra onun dərhal İsrail nümayəndəsinə təhvil verilərək bu ölkəyə göndəriləcəyi haqqında razılıq əldə olunub”, agentlik xəbər verir.

Amma Lapşinə bu razılaşmanı təsdiq edən hər-hansı kağız və ya sənəd verilməyib.

İsrail konsulluğundan isə bildiriblər ki, bununla bağlı heç bir razılaşma yoxdur.

Lapşin dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanılıb.

Bir müddət əvvəl İsrail Xarici İşlər Nazirliyi Lapşini Azərbaycana təhvil verməmək çağırışı ilə Belarus hakimiyyətinə müraciət edib.

Azərbaycan Baş Prokurorluğu Aleksandr Lapşini Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz olaraq səfər etməkdə, Dağlıq Qarabağın müstəqilliyini tanımağa açıq çağırışlar etməkdə və Azərbaycanı ermənilərin hüquqlarını pozmaqda ittiham etməkdə günahlandırır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300