Onu Riçard Niksonun taleyi gözləyə bilərmi?

Donald Tramp elə ilk mətbuat konfransında mətbuatla hansı münasibətləri quracağını açıq şəkildə nümayiş etdirdi. Trampın ABŞ-ın nüfuzlu kanalı CNN-in müxbirinin suallarına cavab verməkdən imtina etməsi bunu göstərir. KİV-lə münaqişə gələcək prezidentin hakimiyyətinin leytmotivlərindən birinə çevrilə bilər.

 

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Trampın qələbəsi ilk öncə mətbuat çevrələrində şok yaradıb.

 

Lakin KİV nəticələri qəbul etmək əvəzinə seçilən prezidentin üzərinə gəlməkdə və onunla informasiya müharibəsi aparmaqda davam edir.

 

Bu isə Trampın onlara qarşı reaksiyasını daha da sərtləşdirir.

 

New York Times qəzeti qeyd edir ki, CNN-in jurnalistinə sual vermək hüququ tanımamaqla Tramp jurnalistləri loyal və qeyri-loyal kateqoriyalarına ayıraraq KİV-in daxilində müharibəyə start vermiş olub. "Belə görünür ki, Donald Tramp bütün mətbuat konfranslarında ancaq "öz” jurnalistlərinə və Fox News kimi onun siyasətini dəstəkləyən kanalların müxbirlərinə sual haqqı tanıyacaq”, - qəzet yazır.

 

Ağ Ev müxbirləri onları çətin dövrləri gözlədiyini etiraf edib. Onlar Trampın mətbuatla münasibətdə özünü Putin kimi apardığını bildirirlər.

 

Yeni prezidentin mətbuata hücumları bir sıra iri liberal nəşrlərdə də daxili senzura siyasətinin tətbiq etməsinə gətirib çıxaracaq. "Onlar könülsüz də olsa öz reportajlarının tonunu dəyişdirməli olacaqlar”, -ekspertlər qeyd edir.

 

Lakin Trampın bu hərəkəti ABŞ-da jurnalistlərin hüquqlarını müdafiə edən qurumları da hərəkətə keçirib. ABŞ-ın nüfuzlu "Beynəlxalq press klub təşkilatı” bununla bağlı xüsusi bəyanat yayıb:

 

"Prezidentlər reportyorların hansı suallarına cavab verəcəklərini seçə bilməzlər”, - bəyanatda deyilir.


 Картинки по запросу trump cnn jim acosta


 

 

 

Hollivudun məşhur aktrisalarından, qatı-Tramp müxalifətçisi Meril Strip də jurnalistlərin hüquqlarının müdafisəsinə qalxıb: "Onlar bizə irəli getmək üçün, bizlər isə həqiqətin müdafiəsi üçün onlara lazımıq”.

 

Məsələ ABŞ-da jurnalisltlərin birləşdiyi təşkilat kimi tanınan "Jurnalistlərin müdafiə komitəsi”nin diqqətindən yayınmayıb. Qeyd edilir ki, 1981-ci ildə ABŞ müxbirlərinin bir qrupu tərəfindən təsis edilən təşkilat əsasən dünyada KİV nümayəndələrinin hüquqlarının müdafiəsi ilə məşğul olub və bu günə qədər ABŞ-ın daxili siyasi situasiyası barədə mövzulara toxunmayıb. Lakin ilk dəfə komitə bu ənənəni pozaraq Donald Trampı "Azad mətbuata qarşı dünya tarixində görünməyən ən böyük təhdid”adlandırıb.

 

Ekspertlərin prezident və KİV- arasındakı müharibənin bundan sonra daha maraqlı xarakter alacağını qeyd edirlər. Onların fikrincə, mətbuatla diplomatik davranmaq əvəzinə ayrı-ayrı jurnalistlərin təhqir edən, onları hər kəsin gözü önündə əzən və şayiələr yayan yeni prezidentə KİV-in "marağı” daha da artacaq və fəaliyyəti əvvəlki dövrlərdən daha sıx şəkildə müşühidə altında tutulacaq.

 

Lakin bəziləri Trampın mətbuatın üzərinə getməsində uyğun zamanı seçdiyini də qeyd edir. Belə ki, son sorğular ABŞ cəmiyyətinin KİV-ə olan inamının sarsıldığını göstərir. Gallup-ın keçirdiyi son rəy sorğusunda bu rəqəm ABŞ-ın mətbuat tarixində ən aşağı səviyyəsini göstərib -32%. Mətbuat özünün ən nüfuzlu çağını 1976-cı ildə yaşayıb -72%. Həmin vaxt isə Vyetnam müharibəsinin getdiyi , habelə Riçard Niksonun istefasına səbəb olan Uotorgeyt işi ilə bağlı skandallarla yadda qalmışdı.


Картинки по запросу trump nixon


 

 

 

Kim bilir, Trampı da Niksonun taleyi gözləyə bilərmi?....


 

 

Vaqif Hüseyn,musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300