ABŞ Rusiya sərhədinə ordu yığır, Çin ABŞ-ı müharibə ilə hədələyir

ABŞ soyuq müharibədən bu yana ilk dəfə olaraq Avropaya ən böyük hərbi kontingentini daşıyır. 80-dən çox tank və zirehli maşın, 4 min ABŞ əsgəri Rusiya sərhədinə yerləşdirilir. NATO-ya üzv olan İngiltərə, Kanada, Almaniya da Rusiya sərhədinə 1000 hərbçi göndərib.

ABŞ-ın Çinlə münasibəti də gərginləşmək üzrədir. Çin Trampı hərbi münaqişəyə hazır olmaq barədə xəbərdar edib. ABŞ-ın Cənubi Çin dənizindəki adalarla Çinin əlaqələrini kəsmək istəyi rəsmi Pekinin ABŞ-a müharibə xəbərdarlığı etməsi ilə nəticələnib.

Baş verən bu proseslərin isə III dünya müharibəsi ilə nəticələnəcəyi iddia edilir.

ABŞ-Rusiya, ABŞ-Çin münasibətləri və III dünya müharibəsi barədə politoloq İlqar Vəlizadə Ölkə.az-a danışıb:

"Qərbdə gedən proseslərə nəzər yetirsək əslində baş verənlərin əsasında siyasi proseslər dayandığını görərik. Siyasi proseslərin ardınca hərbi siyasi proseslər müəyyən dərəcədə inkişaf etməyə başlayıb. 2013-cü ildə Şərq platforması reallaşmağa başlayanda Avropa-Rusiya münasibətləri xeyli dərəcədə korlandı. Bu isə məlum Ukrayna hadisələri ilə bağlıdır. Ukraynada gedən proseslər onu göstərdi ki, Rusiya Avropanın Şərqə doğru genişlənməsinə biganə qala bilməz. Ona görə də, Rusiya müvafiq addımlar atdı. Bu addımlar özünü daha çox hərbi siyasi sferada göstərdi. Krım Rusiya tərəfindən ələ keçirildi. Məlum Dombask hadisələri baş verdi. Buna rəğmən ABŞ və müttəfiqləri siyasi planla yanaşı sanksiyalar tətbiq etdi, daha sonra isə hərbi siyasi planların həyata keçirilməsinə start verdi. Hərbi siyasi plan ondan ibarətdir ki, Rusiyanın həmlələrinə tab gətirə bilmək üçün ABŞ və müttəfiqlərinin hərbi siyasi hazırlıqları artacaq. ABŞ və Qərb tərəfi Ukrayna ilə yanaşı Baltikyanı respublikaların da hərbi siyasi gücünü möhkəmləndirməyə başlayıb.

Bu proses onu göstərdi ki, ABŞ özü birbaşa məsələyə hərbi cəhətdən müdaxilə etməsə, bu hazırlıq kifayət etmir. Təhlükə onlara o qədər böyük görsənir ki, artıq ABŞ özü müttəfiqlərinin razılığı ilə Avropa ölkələrində hərbi qüvvələr yeridib, orada möhkəmlənməyə başlayıb. Obama gedir, Tramp gələcək ancaq siyasi vəziyyət olduğu kimi qalır. Ukrayna böhranı davam edir, Krım Rusiyanın nəzarəti altındadır, Qara və Baltik dənizi hövzəsində Rusiya güclənir. Tramp bunları da nəzərə almalıdır".

Çinlə ABŞ arasında baş verən proseslər barədə politoloq bunları dedi:

"Çinlə ABŞ arasındakı problemlər Obama dönəmindən əvvəl də var idi. ABŞ-ın Çin ətrafında ənənəvi müttəfiqləri var, ancaq son zamanlar o müttəfiqlər dəyişilib. Filippin əvvəllər ABŞ-ın müttəfiqi sayılsa da, indi demək olar ki, müttəfiq deyillər, Yaponiya və Cənubi Koreya bir qədər müstəqil siyasət aparmağa başlayıb. Tramp Tayvana daha çox meyil göstərir. Çin isə buna sərt reaksiya verir və verəcək. ABŞ çalışır ki, öz mövqelərini qoruyub saxlasın və Çini də neytrallaşdırsın. Bu isə iki ölkə arasında münasibətlərin gərgin olması ilə nəticələnəcək".

3-cü dünya müharibəsinin baş verəcəyi məsələsinə gəldikdə isə İlqar Vəlizadə bildirdi ki, dünya müharibəsinin elementləri var:

"Biz hal-hazırda daha çox soyuq müharibənin ikinci mərhələsindən danışa bilərik, nəinki növbəti isti müharibədən".


Səxavət Məmməd, Ölkə.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300