Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbərin İsveçə səfəri başa çatıb. Səfər çərçivəsində İsa Qəmbər mühacir müsavatçılarla yanaşı, İsveçdə yaşayan azərbaycanlıların təmsil etdiyi bir sıra qurumlarla görüşlər keçirib.

İsveçdə "İlkin Niyyət Protokolu”nun imzalanması mərasimi baş tutub.Modernqezeti.com-un Avropa Bürosunun məlumatına görə, İsveçin Yöteburq şəhərində Azərbaycanın Milli Strateji Düşüncə Mərkəzi (MSDM) və İsveçin Batı Yötaland Azərbaycan Evi Birliyi (AE Birliyi) qurumları öz aralarında əməkdaşlıq yaratmaq, qarşılıqlı bilgiləndirmə və informasiya alış-verişi yönündə iş birliyi oluşdurmaq, uyğun görüləcək məsələlərdə birgə tədbirlər həyata keçirmək, dərgi, elektron dərgi və kitab çapı ilə bağlı bir-birlərinə yardım göstərmək məqsədilə müzakirələr apararaq qarşılıqlı razılıq əsasında "İlkin Niyyət Protokolu” hazırlayaraq imzalayıblar. "İlkin Niyyət Protokolu”nda nəzərdə tutulur ki, tərəflər parçalanmış Azərbaycan gerçəkliklərini İsveçdə və İsveç gerçəkliklərini Azərbaycanda tanıtmağa, Azərbaycanın siyasi, iqtisadi, mədəni, toplumsal, strateji, geosiyasi vb. sorunlarını araşdırmağa yönəlik birgə işlər görsün. O sıradan dərgi, elektron dərgi və kitab çapı ilə bağlı bir-birlərinə yardım göstərsinlər.
"İlkin Niyyət Protokolu”nu MSDM adından MSDM sədri İsa Qəmbər və AE Birliyi adından AE Birliyi sədri Eldar Qaradağlı imzalayıblar.
"İlkin Niyyət Protokolu”nun son variantı MSDM Məşvərət Heyətinin və AE Birliyi İdarə Heyətinin təsdiqindən sonra qüvvəyə minəcək.






Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300