Yanvarın 10-da ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Ölkədəki real iqtisadi durumdan və gələcək planlardan geniş söhbət açan ölkə başçısı ad çəkmədən bəzi məmurları ciddi formada tənqid edərək onlara fəaliyyətlərindəki qüsurları aradan qaldırmaq üçün ilin sonuna kimi vaxt verdi. Prezidentin bu tənqidi sonradan bəzi KİV-lər tərəfindən təhrif olunaraq lokallaşdırılıb Ələt Dəniz limanının tikintisini həyata keçirən şirkətlərin dövlət öhdəliyini tam olaraq yerinə yetirməməsinə yönəldildi.

 

Miq.Az xəbər verir ki, əslində Prezidentin müşavirədə səsləndirdiyi daxildə və xaricdəki müəyyən dairələrə ünvanlanmış sərt mesajları hədəfinə çatıb. Buna misal olaraq müşavirə gününün səhərisi Mərkəzi Bankın sədri Elman Rüstəmovun ölkənin bank rəhbərlərini toplayaraq iclas keçirməsi və daha bir gün sonra isə yanvar ayının 12-də AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin (Sezar Florin Predanı və Stefan Şennak) Azərbaycana qəfil səfərini göstərmək olar.

 

Vurğulayaq ki, dövlət başçının keçirdiyi müşavirə daha bir dövlət qurumunda zəlzələ effekti yaratdı. Bir çox nazir və komitə sədrləri bu müşavirədən sonra fəaliyyətlərinə "çəki-düzən" verməyə başlayıblar.

 

Qeyd edək ki, müşavirə gününün səhərisi Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin müvafiq əmri ilə işlərində verdikləri ciddi nöqsanlara görə 4 yüksək vəzifəli şəxs orqandakı işlərindən azad olundular.

 

Belə ki, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Sərhəd Keçid Məntəqələrinin rəisləri işdən çıxarılıb. Biləsuvar Sərhəd Keçid Məntəqəsinin rəisi İlqar Abdullayevi Elçin Quliyev əvəzləyib. Astara Sərhəd Keçid Məntəqəsinin rəisi Sücəddin Hüseynovun yerinə isə Mirkazım Miratayev təyin edilib.

 

Qlobal.az-ın əldə etdiyi məlumata görə bu çevik qərarı ilə ölkə rəhbərinin qəzəbindən yayınmağa çalışan Gömrük Komitəsinin sədri Aydın Əliyev əslində daha ciddi problemi – uzun müddətdən bəri qeyri-qanuni əməlləri ilə sahibkarlara zülm edən Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovu hələ də vəzifəsindən azad edə bilmir. İddia olunur ki, ötən ilin sentyabr ayından Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi ilə Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Bakı Şəhər Baş Gömrük İdarəsində birgə apardığı yoxlamalar hələ də yekunlaşmaq bilmir. Güman edilir ki, əslində yoxlamanın yekun qərarının açıqlanmağına Vüsal Novruzov maneçilik törədir.

 

Onu da nəzərinizə çatdıraq ki, Vüsal Novruzovun uzun illərdən bəri gömrük sistemində öz qaydalarını diktə edən generallardan olduğu söylənilir. Hətta zaman-zaman bəzi məclislərdə çalışdığı orqanın ən ali kürsüsünə olan iddiasını məclis üzvlərinə çatdırdığı deyilir. Təbii ki, generalın səsləndirdiyi bu fikirlər Komitə sədrinə sonradan detallarına kimi çatdırılıb.

 

Prosesin gedişatı göstərir ki, Vüsal Novruzovu gömrük sistemindən tamamən kənarlaşdırmağa xeyli vaxtdır fürsət gözləyən komitə sədri yaranmış məqamdan istifadə edə biləcəkdir.

 

Ancaq Vüsal Novruzovun Komitə sədrinə və eləcə də rəqiblərinə qarşı "imunitetinin” hələ də güclü olduğu deyilir. Digər məlumata görə isə yanvar ayının 11-də Gömrük komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifələrindən azad edilənlərin arasında Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun da adı olub. Bütün əlaqələrini tez bir zamanda səfərbər edən Vüsal Novruzov son anda adını həmin siyahıdan çıxartdırmağa müvəffəq olub.

 

Hər halda qarşıda daha maraqlı proseslərin baş verəcəyi birmənalıdır.


 

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300