Xalq artisti, baletmeyster Mədinə Əliyeva Azərbaycan Opera və Balet Teatrında işdən çıxıb. Bu barədə APA-ya açıqlamasında Mədinə Əliyeva özü məlumat verib.

O bildirib ki, yanvarın 11-də rəsmi şəkildə teatrdakı işindən ayrılıb: "Vəziyyəti o yerə gətirdilər ki, məcbur olub ərizə yazdım. Səbəb odur ki, mənim işləməyimi istəmirlər. Yəqin mane oluram. Mən Azərbaycanın xalq artistiyəm, qoymurlar işləməyə. Kamilla Hüseynova adlı bir cavanı gətirib teatrda bədii rəhbər vəzifəsinə təyin ediblər. Həm teatrda vəzifəsi var, həm Xoreoqrafiya Akademiyasında… Üzümə açıq deyiblər ki, sənin burda qalmaq şansın yoxdur. Direktor məni yaradıcılıqla məşğul olmağa qoymur.

Mən vəzifə istəmirəm, arzum odur ki, baletimiz inkişaf etsin. Ona görə ki, bu sənətə həyatımı vermişəm. Sadəcə, teatrda sağlam rəqabət yoxdur. Qeyri-professionallığı görəndə susa bilmirəm. Danışanda da deyirlər, maaşınızdan kəsiləcək, pensiya alırsınız və s. Mən pensiyanı, maaşı kiminsə cibindən yox, dövlətdən alıram. Son vaxtlar bizim teatrdan 14 nəfər işdən gedib. Əməkdar artist Rima İsgəndərova, Pərvin Nəcəfova, İntiqam Məmmədov və başqaları. Bədii rəhbər Kamilla Hüseynova təyin olunandan mən on beşinci adamam ki, teatrdan çıxmışam”.

Qeyd edək ki, M. Əliyeva 1983-cü ildən Opera və Balet Teatrında çalışır. Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür (2008). "Qızıl Dərviş” və "Humay” mükafatı laureatıdır.

Xalq artisti Nəzakət Teymurova da teatrdan işdən çıxıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300