NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə yanvarın 18-nə təyin edilib.

Bu haqda "Azadlıq Radiosu”na B.Məmmədovun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində şikayətə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

E.Sadıqov B.Məmmədov barəsində Bakı Ağır Cianyətlər üzrə Məhkəməsinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi qərarından Apellyasiya şikayəti verildiyini deyir:

"Bu qərar əsassız və qanunsuzdur, B.Məmmədov cinayət törətməyib, məhkəmə istintaqı zamanı da onun cinayət törətməməsi sübuta yetirilib. B.Məmmədov heykəlin üzərinə şüar yazmağa görə həbs edilib.Amma bununla belə azadlıqdan məhrum edilməsi haqda qərar çıxaılırıb”.

E. Sadıqov deyib ki, şikayətdə B.Məmmədova bəraət verilməsi xahiş edilib.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov mayın 10-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə 2 kq-dan artıq heroin götürülüb.

Məhkəmə prosesində B.Məmmədov ona sürülən ittihamlarla razılaşmadığını və günahsız olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə isə B.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan B.Məmmədov apellyasiya şikayəti verib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300