Yadigar Sadıqov: "2017-ci ildə siyasi dəyişiklik ehtimalı həmişəkindən daha realdır”

Bu gün Müsavat Partiyasının qərargahında respublika müşavirəsi keçirilib. Müşavirədə partiyanın rayon təşkilatlarının rəhbərliyi və fəalları iştirak edib.

İcra Aparatının rəhbəri Gülağa Aslanlının aparıcı olduğu iclasda Müsavat başqanı Arif Hacılı, partiyanın prezidentliyə namizədi İsa Qəmbər, Divan üzvləri Elman Fəttah, Vəfa Cümşüdlü, Yadigar Sadıqov, Səxavət Soltanlı, Məclis üzvləri Xasay Fərzulla, Valeh Hümmətoğlu, Əbülfəz Sadıxbəyli çıxış ediblər.

Yüzlərlə müsavatçının iştirak etdiyi müşavirənin məqsədi nə idi və hansı mesajlar verildi?

"Basta”nın bu sualını cavablandıran Müsavat başqanının müavini Yadigar Sadıqov müşavirədə partiyanın qarşısında duran vəzifələrin müzakirə olunduğunu bildirdi:

"Müşavirədə Azərbaycandakı ictimai-siyasi, xüsusən də ağır iqtisadi vəziyyət müzakirə olundu. Hakimiyyətin fəaliyyətsizliyi, iqtisadi islahatlar adı altında kosmetik dəyişikliklər siyasəti tənqid edildi. Müşavirədə əsas vurğu ondan ibarət oldu ki, hakimiyyət vəziyyətin tələb etdiyi şəkildə köklü dəyişikliklərə getmək istəyinə və iradəsinə malik deyil. Artıq təkcə siyasi müxalifət və onun tərəfdarları deyil, cəmiyyətin daha geniş təbəqələrində də bu hakimiyyətlə davam etmənin mümkünsüzlüyü fikri hakim olmaqdadır. İqtidar ölkə daxilində bütün sosial dayaqlarını itirmiş və siyasi bankrot olmuşdur. Buna görə də2017-ci ildə siyasi dəyişiklik ehtimalı həmişəkindən daha realdır”, – Yadigar Sadıqov bildirdi.

Yadigar Sadıqov qeyd etdi ki, müşavirədə çıxış edənlərin vurğuladı əsas məqam da ondan ibarət olub ki, Azərbaycanda dəyişikliklərə nail olmağın ilk və ən vacib mərhələsi hakimiyyət dəyişikliyindən keçir: "Müsavat Partiyası da 2017-ci ildə fəaliyyətini bu istiqamətdə qurmaqda qərarlıdır. Ölkədə fəaliyyət göstərən demokratik düşərgənin təmsilçiləri ilə birlikdə hakimiyyət dəyişikliyinə nail olmaq üçün bütün qanuni və dinc vasitələrdən istifadə etmək əzmindədir”.

 

 

 


 

 

 

 

 

Mustafa Hacıbəyli, bastainfo.com


 


 

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300