Uşaqlar bizim gələcəyimizdir. Amma təəssüflər olsun ki, hər zaman bu gələcəyə biganə yanaşanlar da çox olur.

 

ARB TV xəbər verir ki, belə təəssüfedici hallarla yanaşı, atılmış uşaqları övladlığa götürən insanlar da az deyil.

 

Bir müddət əvvəl Azərbaycanda övladlığa götürmə şərtləri nisbətən sərtləşdirildi.

 

Mehriban Zeynalova - "Təmiz Dünya" İB nin sədri: "Övladlığa götürən şəxslər uşaqlarla düzgün davranmır və ya istismara məcbur edir. Bu məqamların qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər sərtləşmələr baş verdi və mən bundan çox razıyam".

 

İndi övladlığa uşaq götürmək üçün bu sənədlər lazımdır.

 

- Şəxsiyyət vəsiqəsinin sürəti;

 

- Nigahın bağlanması haqqında şəhadətnamənin sürəti;

 

- Yaşayış yerindən arayış (Forma 2);

 

- Sağlamlıq haqqında poliklinikadan tibbi arayış (Hepatit "B", "C" və AİDS yoxlanılması üzrə məlumatları) Həmçinin Dərizöhrəvi, Vərəm, Onkoloji, Psixonevroloji və Narkoloji dispanserlərin cavabı;

 

- İş yerindən arayış, tutduğu vəzifə və əmək haqqının miqdarının göstərmək şərti ilə;

 

- Fərqi əməklə məşğul olanlar üçün vergi ödənməsi haqqında arayış;

 

- Vətəndaşların evdə övladı varsa, onun doğum şəhadətnaməsi;

 

- Tərcümeyi-hal;

 

- Rayon İcra Hakimiyyəti qəyyumluq və himayəçilik komissiyasından mənzil şəraitinin müayinə aktı;

 

- Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasından təhsil nazirliyinə ünvanlanmış məktub;

 

Bütün prosedur ardıcıl getdikdə Nazirlikdən vətəndaşa dəvət gəlir və həmin vətəndaş uşaq seçir, onunla müəyyən ünsiyyət dövrü keçirir. Amma uşağı övladlığa heç bir nazirlik vermir.

 

 

Cəmilə Tağıyeva - "Uşaq Müdafiəsi" İdarəsinin şöbə müdiri: "Uşağın övladlığa verilməsi üçün məhkəmə tərəfindən qəbul olunmuş qətnamə əsas hesab edilir. Bununla yanaşı yerli İcra Hakimiyyətinin qəyyumluq himayə komissiyası məhkəməyə uşağın övladlığa verilməsi, uşağın mənafeyinə uyğun olub-olmaması barəsində rəy təqdim edir".

 

 

Bu məsələ ilə bağlı ən əsas suallardan biri də odur ki, bəs uşaq götürməyə kimlərin hüququ var?

 

Zaur Quliyev - Hüquqşünas: "Nigahda olmayan və nigahda olan şəxslərə verilə bilər. Yalnız 2 nigahda olmayan ayrı ayrı şəxslərə övladlığa verilmə qanunla qadağandır".

 

Bir zəruri qeyd də ondan ibarətdir ki, nigahda olmayan şəxs uşaq götürürsə, onunla himayəyə götürdüyü uşaq arasında yaş həddi 16 dan aşağı olmamalıdır. Xarici vətəndaşların ölkəmizdə uşaqları övladlığa götürməsi haqda məsələyə gəlincə isə:

 

Zaur Quliyev - Hüquqşünas: "Burda da yalnız o halda xarici vətəndaşlara övladlığa uşaq verilə bilər ki, hımin uşağı Azərbaycan respublikasının vətəndaşına övladlığa vermək mümkün olmasın".

 

Uşaq evlərində olan uşaqlar atılmış, imtina olunmuş, müvəqqəti yerləşdirilən uşaqlar kateqoriyalarına bölünür.

 

Ekspertlərə görə bu gün sözügedən sahədə əsas problemlərdən biri də övladlığa verilən uşaqların sonrakı vəziyyətləri ilə bağlıdır.

 

Mehriban Zeynalova - "Təmiz Dünya" İB nin sədri: "Övladlığa götürülən uşaqların aylıq və ya rüb ərzində vəziyyətinin qiymətlindirilməsi məncə yoxdur. Sosial işçilərin həmin evə getməsi, uşaqların vəziyyətini qiymətləndirilməsi mütləq şəkildə olmalıdır".

 

Sonda bir vacib bir məsələyə də toxunaq. Uzun müddət övladı olmayan ailə övladlığa uşaq götürürsə psixoloq yardımı mütləqdir. Psixoloqa müraiət etməklə uşaq götürən ailə həm əvvəlki uşaqsızlıq stressini, həm də cəmiyyətin buna münasibətindən narahatlıq kompleksini üzərindən atmış olur.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300